Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampla mümkün görüşün keçirilməsi üçün Vaşinqtonun İranda hakimiyyəti güc yolu ilə dəyişdirmək niyyətində olmadığını nümayiş etdirməli olduğunu bildirib.
Pezeşkian bunu CBS telekanalına müsahibəsində deyib.
"İlk növbədə bu müharibənin yaratdığı etimadsızlığı aradan qaldırmaq lazımdır. Biz imzaladığımız razılaşmalara uyğun hərəkət etməliyik. ABŞ nə hökumətimizi, nə də administrasiyamızı devirmək niyyətində olmadığını nümayiş etdirməlidir", - İran Prezidenti Trampla görüş ehtimalı barədə suala cavabında bildirib.
Pezeşkian mövcud etimadsızlığın asanlıqla aradan qaldırıla bilməyəcəyini vurğulayıb.
"Özünüzü bizim yerimizə qoyun. Təsəvvür edin ki, kimsə gəlib sizin ali liderinizi öldürüb. Daha sonra əldə olunmuş razılaşmalara əməl etməyib. Sizin reaksiyanız necə olardı? Bu, elə də asan həll edilə biləcək məsələ deyil", - o deyib.
Tramp daha əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pezeşkianla təmasların mümkünlüyünü istisna etməmişdi, lakin belə bir görüşün keçirilməsi barədə məlumat verilməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 Sentyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















