Icma.az
close
up
RU
Pezeşkiana qarşı daxildə təzyiqlərin yenidən artacağı ehtimalı yüksəkdir Politoloq

Pezeşkiana qarşı daxildə təzyiqlərin yenidən artacağı ehtimalı yüksəkdir Politoloq

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran mediasında Prezident Məsud Pezeşkiana təzyiqlərin artdığı və onun istefa verəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.

Bu barədə xüsusən sosial media şəbəkəsində informasiyalar dərc olunur.

Qeyri-rəsmi məlumatlara görə, Pezeşkian “İffət və Hicab qanunu”na qarşı çıxdığına görə mühafizəkarlar tərəfindən təzyiqlərə məruz qalıb.

Bununla yanaşı, o, “sanksiyaların ləğv edilməsi üçün Qərblə danışıqlar” aparılması, “məcburi hicab qaydalarının ləğv edilməsi”, “etniklərin əsas hüquqlarının verilməsi” ilə bağlı təkliflərinin qəbul edilmədiyinə görə istefa barədə düşünür.

Məlumatlarda onun bu barədə İran rəhbəri Əli Xameneiyə məlumat verdiyi, Xameneinin buna qarşı çıxdığı bildirilib.

Hökumətin İnformasiya Şurasının başçısı Əli Əhmədniya prezidentin istefası barədə məumatları təkzib edib.

Qeyd edək ki, Məsud Pezeşkian İran parlamentinin Ali Mədəni İnqilab Şurasının təsdiq elətdirdiyi “Hicab qanunu”nun icrasının qarşısını aldıqdan sonra mühafizəkar siyasi cərəyana bağlı qrupların tənqidləri ilə qarşılaşıb. Cümə imamları, radikal din xadimləri və millət vəkilləri onu üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmaqda ittiham ediblər.

Bir neçə gün qabaq isə Tehranın Keşavərz meydanında SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri Məsud Pezeşkiana qarşı aksiyası keçiriblər.


Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, İran daxilində mühafizəkar qanadın Pezeşkiana qarşı həm hakimiyyətə gəlməzdən öncə, həm də sonrakı dövrdə təzyiqlər etməsi heç kəsə sirr deyil:


"Xüsusilə SEPAH nəyinki Pezeşkiana, bəzən Ali dini liderə qarşı da müxalif mövqedə olur. Hətta bu istiqamətdə müəyyən açıqlamaların tirajlandığının da şahidi oluruq. İran daxilində bir kəsim var ki, ölkədə etnik azlıqlara yol verilməsinə qarşı çıxırlar. Eyni zamanda onlar münasibətlərin Qərblə normallaşdırılmasının əleyhinədirlər. Elə hesab edirlər ki, İran konstruktiv siyasətini davam etdirməlidir və yeganə çıxış yolu budur. Əgər İran ənənəvi siyasətini davam etdirərsə, o zaman bölünmə təhlükəsindən uzaq olar və onu gözləyən təhdidlərdən sığortalanar. Amma bu, kökündən yanlışdır. Digər tərəfdən İranda islahatçı qrup düşünür ki, indiyə qədər yürüdülən ənənəvi siyasəti əslində bu dövlətin bütövlüyünün qorunmasına əngəl yaradır. Beləliklə də bütün bunlar İran dövlətçiliyinin mövcudluğu ilə bağlı problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Qeyd edək ki, Pezeşkianın hakimiyyətə gəlməsində Xamenei də rol oynadı. O da artıq başa düşür ki, ənənəvi siyasətin davam etdirilməsi mümkünsüzdür".


Politoloqun mövqeyinə görə, İranda islahatlar qaçılmazdır:

"Əslində Pezeşkian islahatçı sima kimi ortaya çıxdı. Həmçinin İranı gözləyən təhdidlərin aradan qaldırılması üçün Qərblə olan münasibətləri normallaşdırmaqla yanaşı, daxildə ictimai-hüquqi və sosial-iqtisadi sahədə islahatların aparılmasının tərəfdarı kimi çıxış etdi. Bu baxımdan İran Prezidentinə qarşı daxildə təzyiqlərin yenidən artacağı ehtimalı yüksəkdir. Lakin bu təzyiqlər Pezeşkianın istefasına səbəb olmayacaq. Onun fikirləri, yəni, etnik azlıqların hüquqlarının tanınması, hazırkı siyasi xəttə düzəliş edilməsi, effektiv xarici siyasət yürüdülməsi, düşmən münasibətlərin kənara qoyulması qəbul edilməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri