Pezeşkiandan rəsmilərə qonşu ölkələrlə bağlı xəbərdarlıq: Ehtiyatlı olun
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
İran Pezidenti Məsud Pezaşkian İran rəsmilərini və mediasını qonşu ölkələrin liderlərini və rəsmilərini mətbuat vasitəsilə təhqir etməmək barədə xəbərdar edib.
Ölkə.az xəbər verir ki, bunu Prezident Məsud Pezaşkian Nazirlər Kabinetinin iclasında deyib.
Pezeşkian region ölkələrinin, xüsusən də İranla həmsərhəd olan ölkələrin Tehranla tez-tez əlaqə saxladığını qeyd edərək, bu ölkələrin regionda müharibənin qarşısını almağa və problemləri dialoq yolu ilə həll etməyə çalışdıqlarını vurğulayıb.
Pezeşkian həmçinin İran rəsmilərini qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək açıqlamalar verməkdən çəkinməyə və çıxışlarında diqqətli olmağa çağırıb.
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bildirib ki, Tehran administrasiyası qonşuları ilə münasibətlərdə xarici siyasətində bir çox səhvlərə yol verib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















