Pezeşkiandan vacib göstəriş Türk adları ilə bağlı qadağalar aradan qaldırılacaq
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran Prezidenti Məsud Pezeşkian İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan “Balamın adı” kampaniyasına münasibət bildirib.
Məlumata görə, Pezeşkian 15761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar “Balamın adı” kampaniyasına start verərək, prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.
Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.
"AzPolitika.info"
Baxış sayı:78
Bu xəbər 12 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















