Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycan dili mücadiləsi İkinci cəhd

Pezeşkianın Azərbaycan dili mücadiləsi İkinci cəhd

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İranda əhalinin 60%-i türkcə danışır, bu dil danışanların sayına görə dünyada üçüncü yeri tutur, İranın qonşuları olan Türkmənistan, Azərbaycan və Türkiyənin rəsmi dövlət dilidir. Bu dil mədəni ünsiyyət, əlaqələr sahəsində İran üçün bir fürsət ola bilər”.

Bunu Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munad deyib.

O, İranda danışılan 84 yerli dilin 40-nın sıradan çıxdığına diqqət çəkərək, qeyri-fars dillərin qorunub saxlanılması üçün onların tədrisinin və inkişaf etdirilməsinin vacibliyini bildirib. Munadi fevralın 26-da İran parlamentində qeyri-fars dillərin tədrisi ilə bağlı layihənin qəbul edilməməsinə toxunub və vurğulayıb ki, Prezident Pezeşkianın da təkidi ilə layihədə bir sıra cüzi dəyişikliklər edilərək, yenidən parlamentə göndəriləcək.

İran parlamentində səsə qoyulan qanun layihəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə, qeyri-farsların ədəbiyyatının ayrıca fənn kimi həftədə 2 saat öyrədilməsini nəzərdə tutur. Buna görə də qeyri-fars xalqların nümayəndələri bu layihəni və İran Konstitusiyasının 15-ci maddəsini qüsurlu adlandırır, bunun onların milli-mədəni hüquqlarının təmini ilə bağlılığı olmadığını bildirirlər. Bu layihənin nəhayət ki, təsdiqlənmə şansı varmı? Pezeşkianın təkidi ilə irəli sürülən bu tarixi məsələ gerçəkləşə bilərmi? Sənədin qəbulunun Azərbaycan dilinə hansı faydası olacaq?

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının “Yeni Müsavat”a dediyinə görə, Pezeşkian seçki öncəsi verdiyi vədləri həyata keçirməyə cəhd edir. Onun sözlərinə görə, prezident İranda dil məsələsinə sivil ölkə başçısı kimi yanaşır. “İranın taleyi oradakı xalqlara müəyyən azadlıqları verməsi ilə bağlıdır. Bu azadlıqlar verilməsə, gec-tez İran üçün böyük problemlər yaradacaq. Son vaxtlar İran mətbuatında yayılan görüntülərə diqqət edin. Gənclər Azərbaycan dilində mahnı ifa edir, şeir deyir. Xalq öz dilində danışmaq ehtiyacı duyur, dilinin ölməsini istəmir. Bunun qarşısını almaq olmaz. Bu, gec-tez baş tutacaq”. S.Rüstəmxanlı hesab edir ki, indiki halda məclisə təqdim edilən layihənin təsdiq olunacağını demək çətindir: “Çünki İran parlamenti çox mühafizəkardır. Verilən layihələr oradan keçmir. Layihəni təqdim edənlərin isə bəhanəsi bu olur ki, məclis icazə vermədi. İranın ali dini rəhbərinin fikri vacibdir. Ola bilsin ki, İran siyasətində müəyyən dəyişiklik baş verib və belə bir icazə məclisə sızdırılıb. Yalnız bu halda parlament layihəni təsdiq edə bilər”.

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə “Yeni Müsavat”a bildirib ki, İran konstitutsiyasında dillərin azad tədrisi ilə bağlı müddəa var, lakin qonşu ölkə bu müddəaya əməl etmir. “Orada Azərbaycan dilinə qarşı qısqanclıq və düşmənçilik var. Prezident Pezeşkian Azərbaycan dilində iki misra şeir deyir, ona irad bildirirlər, deyirlər, sən türkcə danışa bilməzsən. İranda başqa xalqlarla Azərbaycan türkləri arasında ciddi fərq qoyulur. Azərbaycan türklərindən ehtiyat edirlər. Ermənilərin İranda məktəbləri var, universitetlərdə erməni dilində tədris aparılır. Amma Azərbaycan türkcəsində məktəb açılması üçün hansı qanunları qəbul etsələr də, məhdudiyyətlər yenə də tətbiq ediləcək. ”Azərbaycan" sözündən qorxurlar", - F.Quliyev belə deyib. Onun sözlərinə görə, bilirlər ki, təhtəlşüurda milli kimliyin tanınması, milli kimlik uğrunda savaş başladıqdan sonra başqa tələblər ortaya çıxa bilər: “Orada hansısa qanunun qəbul olunmasının bir faydasını görmürəm. Ola bilsin ki, xaricdən təzyiqlər var, sosial vəziyyət çox pisdir deyə oyun oynayırlar. Milli məsələlərlə bağlı olaraq ötəri, kampaniya xarakterli işlər görürlər. Pezeşkian seçki dönəmində fərqli şüarlarla çıxış edirdi. Lakin bu məsələləri çözə bilmir. Çünki İran imperiyasının oturuşmuş siyasəti var. Güney azərbaycanlılara kimliklərini unutdurmaq istəyirlər. Ölkəmizlə də mübarizələri, böhtan atmaları, qırmızı xətləri keçmələri ona bağlıdır ki, Azərbaycan güclü olmasın və güneyli soydaşlarımıza dəstək göstərməsin”.

Sədrəddin Soltan

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, sözügedən qanun layihəsi bir qrup deputat tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, əvvəllər də türk dili ilə bağlı İran prezidentinə, ali rəhbərə müxtəlif ziyalılar müraciət ediblər, lakin bir faydası olmayıb: “Son layihə İran konstitusiyasının 15-ci maddəsinə əsasən irəli sürülüb. 15-ci maddədə bildirilir ki, məktəblərdə xalqların ana dilində tədris aparıla bilər. Xalqların dillərində əlifba hazırlana, qəzetlər buraxıla, televiziyada çıxışlar da ola bilər. Məlum qanun layihəsi həmin maddəyə əsaslanaraq həftədə iki saat ana dilində ədəbiyyatın tədrisini nəzərdə tutur. Parlamentdəki şovinist düşüncəli insanlar bu qanunun belə keçməsinə etiraz etdilər. Bununla parlament İranın konstitusiyasının 15-ci maddəsini pozdu. Söhbət təkcə Azərbaycan türkcəsində ədəbiyyatın tədris olunmasından getmir. Ölkədə fars olmayan başqa etnik qruplar, məsələn, bəluclar, ərəblər və s. var. Onlar da məktəblərdə öz dillərində ədəbiyyatı tədris edib öyrənə bilərdi. Lakin bunun qarşısı alındı”.

Ekspertə görə, İran prezidenti seçki öncəsi verdiyi vədə əməl edə bilmir: “O, bu məsələdə gücsüzdür. Bu hadisədən öncə Tehranda Azərbaycan mədəniyyəti həftəsi keçirildi. Həmin tədbirdə ”Heydərbabaya salam" şeirinin iki bəndini Azərbaycan dilində dedi. Onun səsini tez kəsdilər, dedilər, ölkənin dövlət dili fars dilidir. Tədbirin mahiyyətinə görə prezident Azərbaycan türkcəsində danışa bilərdi. Çünki tədbir Azərbaycan mədəniyyəti həftəsi idi. Bir ölkədə prezident ana dilində danışa bilmirsə, parlament bu dildə iki saatlıq ədəbiyyatın tədrisini çox görürsə, bu rejimin fars olmayan xalqlara münasibətini göstərir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri