Icma.az
close
up
RU
İkinci cəhd...

İkinci cəhd...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Makrondan xilas olmalıdır

Prezidentin impiçment məsələsi yenidən gündəmdə

Son illərdə Fransa öz tarixinin ən pis dönəmindən keçir. Yelisey Sarayının dünyada, xüsusilə də Avropa İttifaqı (Aİ) məkanında  nüfuzu əhəmiyyətli dərəcədə aşağı düşüb, Afrikadakı və dənizaşırı ərazilərdəki müstəmləkə ölkələrində tez-tez rəsmi Parisə qarşı etirazlar baş qaldırır, “Rədd ol, Fransa!” şüarları səsləndirilir.

Ölkə daxilində də vəziyyət arzuedilən deyil. İqtidar komandasında mənfi meyillərin, o cümlədən də narkomaniyanın genişləndiyi barədə xəbərlər konkret faktlarla təsdiqini tapır. Bu gün Fransada iqtidarla cəmiyyət arasında antaqonist zddiyyətlərin pik nöqtəyə çatdığı müşahidə edilir, hakimiyyətə inamsızlıq heç vaxt olmadığı qədər artıb.

Parlamentdə Makronun impiçmentinə ikinci cəhd

Bütün bunların səbəbi kimi isə prezident Emmanuel Makronun səriştəsiz idarəçiliyi göstərilir.  Bildirlir ki, onun ökənin reallıqlarını, qlobal çağırışları, cəmiyyətin sosial sifarişlərini nəzərə almadan verdiyi populist qərarlar Fransanı hər cəhətdən açınacaqlı duruma salıb. Buna görə də fransızlar arasında belə bir yekdil fikir formalaşıb ki, ölkə getdikcə artan problemlərdən, dərinləşən siyasi və iqtisadi böhrandan xilas olmaq üçün ilk növbədə prezident Makrondan qurtulmalıdır.

Fransadakı ümumi ictimai-siyasi ab-havaya uyğun olaraq bu günlərdə Makronun impiçment məsələsi yenidən gündəmə gəlib. Belə ki, solçu blokun ən böyük partiyası “İtaətsiz Fransa” Makronun impiçment prosedurunu başlatmaq üçün növbəti dəfə təşəbbüs göstərib. Bu barədə AFP agentliyi məlumat yayıb.

Müraciət Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu tərəfindən təsdiqlənib. Qeyd olunur ki, deputatlar müvafiq qətnaməni noyabrın 28-də təqdim etməyi planlaşdırırlar. Xatırladaq ki, bu partiyanın nümayəndələri payızın əvvəlində oxşar təklif irəli sürmüşdülər, lakin sonradan bu təklif rədd edilmişdi. Təşəbbüs ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq prezidentin impiçment prosedurunu nəzərdə tutur.

Qısa müddət ərzində Fransa parlamentində iki dəfə prezidentin impicment məsələsinin gündəmə gətirilməsi əslində ölkənin ciddi siyasi böhranla üzləşməsinin təsdiqidir. Onu da vurğulayaq ki, artıq Fransa prezidentinin  reytinqi antirekord həddə enib. Bu barədə məlumat “Verian-Epoka” tədqiqat mərkəzinin “Figaro” nəşri üçün apardığı araşdırmanın nəticələrində əksini tapıb.

Araşdırmaya görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella və onun parlamentdəki fraksiyasının lideri Marin Le Pen populyarlıq səviyyəsinə görə Makronu qabaqlayaraq reytinqdə müvafiq olaraq bırinci və ikinci yerləri bölüşüb.

Fransa liderinin təmsil olunduğu partiyada fəalların sayı il ərzində təxminən dörd dəfə azalaraq 35 mindən 8,5 minə düşüb. Növbədənkənar parlament seçkilərindən sonrakı bir ay ərzində isə Makronun siyasəti ilə razılaşmayan dörd deputat prezident fraksiyasını tərk edib.

Qeyd edək ki, bir müddət öncə, Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.

Seçkilərin nəticələri - hakim komandanın siyasi iflası ortadadır

Bu gün Fransada Makron iqtidarının siyasi iflasını təsdiqləyən çoxsaylı faktlar sadalamaq mümkündür. Əlbəttə ki, prezidentin nüfuzunun quyunun dibinə düşməsi bunun ən bariz göstəricisidir. Eyni zamanda, cari ildə keçirilən üç mühüm seçkinin nəticələri də hazırkı iqtidar komandasına inamsızlığın pik həddə yüksəldiyini təsdiqləyir. Söhbət 2024-cü ildə baş tutan Avropa Parlamentinə və Milli Assambleyaya seçkilərin nəticələrindən gedir. Fransada indiki siyasi iflas məhz son üç seçki cəhdindən sonra daha da kəskinləşib.

Birinci cəhd Avropa Parlamentinə seçkilər oldu. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin birinci turunda sağçı “Milli birlik” partiyası və onunla müttəfiq qüvvələr 33,4 faiz səs toplayaraq qalib gəldi. Həmin eçkilərdə ikinci yeri 27,98 faizlə solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası qazandı. Makronun mərkəzçi adlandırılan koalisiyası isə 20,76 faiz səslə yalnız üçüncü yerlə kifayətlənməli oldu.

Makronun komandası dalbadal iki məğlubiyyətdən sonra üçüncü seçki cəhdinə saxtakarlığa, siyasi oyunbazlığa qol qoymaqla hazırlaşdı. Belə ki, Yelisey Sarayından gələn siyasi sifariş əsasında sağçıların ikinci turda mütləq qələbəsini əngəlləmək məqsədilə planlar quruldu - solçuların üstünlük təşkil etdikləri dairələrdə mərkəzçilər, mərkəzçilərin üstünlük təşkil etdikləri dairələrdə isə solçular namizədliklərini geri götürdülər və 200-dən çox namizəd ikinci tur seçkilərinə qatılmadı. Bu seçki oyunu prezident koalisiyasına müəyyən üstünlüklər yaratmaqla mərkəzçi düşərgədən birinci turla müqayisədə daha çox namizədin qalib gəlməsinə yol açsa da, Makronun parlamentdə mütləq səs çoxluğuna nail olmaq istəyini təmin etmədi. Mərkəzçilər ikinci turun nəticələrinə görə Mari Le Penin partiyasını üstələsələr də, yalnız ikinci yerlə kifayətlənməli oldular. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, parlamentdə solçular 182, Makronun mərkəzçi alyansı 168, ifrat sağçıları təmsil edən Mari Le Penin “Milli birlik” partiyası və onun müttəfiqləri isə 143 yer qazanıb.

Analitiklər Makron üçün çətin hakimiyyət dövrünün başladığını, makronizm üçün sonun gəldiyini  anons edirlər. Ümumiyyətlə, parlamentin yeni formalaşan tərkibi ilə onun  ölkəni normal qaydada idarə edə biləcəyi mümkünsüz görünür.  Qeyd edək ki, Fransa Milli Assambleyası 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır. Bundan əvvəlki seçkilərdə Makronun koalisiyasını Milli Assambleyada cəmi 250 deputat təmsil edirdi. Buna görə də mərkəzçi koalisiya parlament çoxluğunu qazanmaqdan ötrü digər partiyaların təmsilçilərinin səsini almaq, bunun üçün   hətta hansısa sövdələşmələrə getmək məcburiyyətində qalırdı. Mərkəzçilər üçün indiki say tərkibi ilə bunu etmək daha çətin olacaq. Yeni formalaşan parlamentdə cəmi bir neçə ay ərzində iki dəfə Makronun impiçmenti məsələsinin gündəmə gətirilməsi bu fikri əyani şəkildə təsdiqləyir.

Barnye hökumətinə etimadsızlıq

Konstitusiyaya görə, seçkilərdən sonra hökumət parlamentin yeni tərkibinə uyğun olaraq formalaşdırılmalı idi. Lakin Makron konstitusion tələblərə və demokratik prinsiplərə məhəl qoymayaraq yeni hökumətin formalaşmasını xeyli yubatdı və sentyabr ayında sabiq Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnyeni yeni Baş nazir təyin etdi. Çox doğru olaraq Makronun bu addımı onun seçkilərin nəticələrini tanımaması anlamında qəbul edilir. 2024-cü il qanunvericilik seçkilərindən sonra solçuların nisbi çoxluq əldə etmələri fonunda heç kim respublikaçının Baş nazir təyin ediləcəyini gözləmirdi. Bununla belə absurd reallıq ortadadır. Makron şəxsi iradəsini ölkə qanunvericiliyinin fövqündə qoyaraq Mişel Barnyeni Baş nazir postuna gətirib. Daha da pisi odur ki, təyin olunan yeni nazirlərin demək olar, hamısı respublikaçılar və ya “Renessans” (Renaissance) yəni, Emmanuel Makronun partiyasındandır.

Lakin Mişel Barnyenin qurduğu yeni hökumət ona miras qalan çətinlikləri aradan qaldırmaq iqtidarında deyil. Hökumətin problemlər qarşısında acizlik nümayiş etdirməsi isə ölkədə kəskin etirazlar doğurur. Fransızların yarıdan bir qədər çoxu - 51 faizi Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsinin lehinədir. Bunu BFMTV-nin sifarişi ilə “Elabe” tədqiqat və konsaltinq mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir. Telekanal sorğunun nəticələrinə dair şərhində qeyd edib ki, hələ oktyabrda azlıq hökumətin buraxılmasının tərəfdarı idi. Münasibətdə dəyişiklik Mari Le Penin ifrat sağçı “Milli Birlik” elektoratının tutduğu mövqe ilə əlaqədar baş verib.

Qeyd olunur ki, parlamentin aşağı palatasının deputatlarının bəziləri, xüsusən “Yeni Xalq Cəbhəsi” sol koalisiyasının bir hissəsi, hökumət Konstitusiyanın 49.3-cü maddəsini parlamentarilərin razılığı olmadan dövlət maliyyəsi haqqında qanun layihəsini qəbulu üçün tətbiq edərsə, etimadsızlıq səsverməsinin mümkünlüyü məsələsini qaldırır.

Oktyabrın əvvəlində Barnye kabineti əhəmiyyətli ictimai dəstəyə malik idi, fransızların yalnız 37 faizi etimadsızlıq səsverməsini istəyirdi.

Tədqiqatın nəticələrindən belə çıxır ki, “Milli Birlik” seçiciləri etimadsızlıq səsverməsinə dəstəklərini artırıblar. Sorğunun nəticələrinə görə, Le Pen tərəfdarlarının 61 faizi belə qərarı dəstəkləyib. Bu, ötən ayla müqayisədə 32 faiz bəndi çoxdur.

Ölkə mitinqlər dalğası ilə üz-üzə

Prezident Makrona, Barnye hökumətinə siyasi etimadsızlıq fonunda ölkə həm də çoxsaylı iqtisadi problemlərdən qaynaqlanan mitinqlər dalğası ilə üz-üzə qalıb. Səbəb yenə də Makronun təşəbbüsləri əsasında verilən qərarlardır. Son olaraq Fransanda Avropa İttifaqı ilə Cənubi Amerika ümumi bazarı (MERCOSUR) arasında mümkün azad ticarət sazişinin imzalanmasına qarşı fermerlərin etiraz aksiyaları başlayıb.  “Le Parisien” qəzetinin məlumatına görə, Fermerlərin Həmkarlar İttifaqlarının Milli Federasiyası və “Gənc Fermerlər” Assosiasiyasının nümayəndələri Paris yaxınlığındakı N118 avtomobil magistralını traktorlarla bağlayıblar. Onlar ərazidə etiraz aksiyası keçirməyi planlaşdırırlar.

Nümayişlər, həmçinin ölkənin digər yerlərində və magistral yollarda təşkil olunub. Fermerlər Avropa İttifaqının ticarət razılaşması istiqamətindəki kursuna etiraz əlaməti olaraq adlarında “Avropa” sözü olan meydan və küçələrə daxil olmağa çalışırlar. Avinyon şəhərində fermerlər Avropa körpüsünün bir hissəsinə traktorlar yerləşdiriblər.

BFM TV-nin məlumatına görə, fermerlərin ölkə daxilində təxminən 80 nümayişi qeydə alınıb.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see129

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see122

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri