Icma.az
close
up
RU
Pezeşkianın Azərbaycana gözlənilən səfəri: Rəsmi Bakı İranda vəziyyətin sabitliyində maraqlıdır

Pezeşkianın Azərbaycana gözlənilən səfəri: Rəsmi Bakı İranda vəziyyətin sabitliyində maraqlıdır

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib.

Ölkə başçısı çıxışında "Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik" fikirlərini söyləyib.

Hər birimizə məlumdur ki, İran zamanla ölkəmizə qarşı qərəzli münasibət sərgiləyib. Nəzərdə tutulan görüş iki ölkə arasındakı münasibətlərdə hansı dəyişikliklər yarada bilər? İran nə vaxtsa qərəzli siyasətindən əl çəkə bilərmi?

Mövzu ilə bağlı deputat Elman Nəsirov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

O bildirib ki, ölkə başçısı İlham Əliyev "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan-İran münasibətlərinə xüsusilə diqqət etdi. O, xüsusən də İranda keçirilən prezident seçkilərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət tendensiyaların müşahidə olduğunu vurğuladı:

"Şübhəsizdir ki, ikitərəfli münasibətlərdə çox sayda anlaşılmaz məqamlar yer alıb. Xüsusən də İkinci Qarabağ müharibəsi öncəsi, müharibə dövründə və müharibədən sonrakı mərhələlərdə İranın daha çox ermənipərəst mövqedə olması açıq şəkildə görünüb”.

Müsahibimiz qeyd edib ki, lakin son zamanlar Azərbaycan-İran münasibətlərində bir yaxınlaşma tendensiyası diqqətdən yayınmır. Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi hər zaman qonşularla münasibətlərin yüksək səviyyədə olmasında maraqlı olub. Bu baxımdan İran da istisna deyil. İran bizim üçün qonşu dövlətdir, orada milyonlarla soydaşımız yaşayır. Ona görə də Azərbaycan İranda vəziyyətin sabitliyində maraqlıdır.

Elman Nəsirov: Azərbaycan ikitərəfli münasibətlərin inkişafını hər zaman dəstəkləyib

Deputat bildirib ki, dövlətimizin başçısının müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda, üçtərəfli və çoxtərəfli münasibətlər də inkişaf edir.

"Azərbaycan ikitərəfli münasibətlərin inkişafını hər zaman dəstəkləyib. İkitərəfli yanaşmada qonşularla münasibətlər birinci sırada dayanır. Bu baxımdan Azərbaycanın İranla münasibətlərin yaxşı olmasında maraqlı olması xarici siyasətimizin fəlsəfəsindən yaranıb. Çox istərdik ki, İran dövləti indiki geosiyasi reallıqlardan çıxış edərək, Azərbaycanla münasibətlərin yüksək səviyyədə saxlanmasında maraqlı olsun və bu istiqamət üzrə əməli addımlar atsın", - deyə Elman Nəsirov əlavə edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri