Icma.az
close
up
RU
Pezeşkianın Bakıya gətirəcəyi 120 nəfər kimdir? Sensasion

Pezeşkianın Bakıya gətirəcəyi 120 nəfər kimdir? Sensasion

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinə hazırlıq sürətlənib. İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib ki, Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı və iqtisadi heyət Pezeşkianın səfəri ərəfəsində Azərbaycan Respublikasına yola düşəcək.

“Aprelin 28-də prezidenti müşayiət edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasına səfər edəcək.

Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla, ölkənin şimal-qərbinin dörd ostanının valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşayiət edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir”, – məlumatda deyilir.

Globalinfo.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, adətən belə geniştərkibli səfərlərdə müzakirə ediləcək mövzuların da çeşidi bol olur:

“Lakin Hüseyn Pirmüəzzinin dediklərindən və Bakıya gələcək 110-120 nəfərlik heyətin əksəriyyətinin özəl sektor fəalı olması onu deməyə əsas verir ki, daha çox iqtisadi məsələlər müzakirə ediləcək. Təbii ki, bu, müsbət hadisədir.

Elmar Məmmədyarov

İranla Azərbaycan arasında müzakirəsinə ehtiyac duyulan məsələlər çoxdur. Xüsusən təhlükəsizliklə bağlı: İran öz mövqeyini Azərbaycana, rəsmi Bakı da Tehrana çatdıra bilər. Amma yenə deyirəm, heyətin əksəriyyəti biznesmendir, deməli, müzakirə ediləcək əsas məsələ də iqtisadi olacaq”.

İqtisadçı ekspert, deputat Vüqar Bayramov da hesab edir ki, İran prezidentinin ölkəmizə səfərindəki əsas məqsədlərdən biri iqtisadi məsələlərdir:

“İran və Azərbaycan qonşu ölkələrdir. İki ölkə arasında nəqliyyat, logistika, turizm sahəsində əməkdaşlıq imkanı yüksəkdir. Amma fərqli səbəblərdən biz iki ölkə arasında ticarət dövriyyəsinin artmadığını görürük. İqtisadi əlaqələr də proqnozlaşdırılan səviyyədən aşağıdır. Bu baxımdan İran prezidenti ölkəmizə 120 nəfərlik böyük tərkiblə gəlir. Məqsəd iqtisadi sahədə əməkdaşlığı irəlilətməkdir.

Vüqar Bayramov

Araz çayı üzərindən nəqliyyatın inkişafı, həmçinin şimal-cənub nəqliyyat layihəsinin müzakirəsi başlıca gündəm mövzularıdır. İki ölkə arasında bu sahələrdə yeni imkanlar var. Azərbaycan ərazi bütövlüyünə hörmət edən, xoş münasibət göstərən ölkələrlə əməkdaşlığı inkişaf etdirir. İranla iqtisadi əlaqələri, birgə layihələri inkişaf etdirmək mümkündür. Lakin bütün bunlar İranın xarici siyasəti ölkəmizə qarşı tutumundan asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri