Icma.az
close
up
RU
Pezeşkianın “Qarabağ Azərbaycandır” mesajının “kodları” TƏHLİL

Pezeşkianın “Qarabağ Azərbaycandır” mesajının “kodları” TƏHLİL

Icma.az bildirir, Sitat.info portalına istinadən.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib:

“Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq”. 

"Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq", - Pezeşkian söyləyib.
Məlum olduğu kimi, İranla Azərbaycan arasında münasibətlər zaman- zaman enişli- yoxuşlu olub. Bunun əsas səbəblərindən biri rəsmi Tehranın Cənubi Qafqazdakı reallıqları dəyişdirmək cəhdi, o cümlədən Qarabağ həqiqətlərinə qeyri – obyektiv yanaşması olub. Bu mənada Pezaşkianın səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir. 

Nəzərə almaq lazımdır ki, İranın keçmiş hakimiyyəti müxtəlif vaxtlarda Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına atan mövqedən çıxış edib. Bu isə ikitərəfli münasibətlərdə ziddiyyətlərə səbəb olub.

İndi Pezaşkianın İranın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını söyləməsi o deməkdir ki, Tehran bölgədə rəsmi Bakının müəllifi olduğu yeni reallıqları qəbul edir. İkinci bir tərəfdən, görünür, İran Azərbaycanla münasibətləri pisləşdirməkdə yox, əksinə, inkişaf etdirməkdə maraqlıdır. Çünki rəsmi Tehran Bakıya ehtiyacı olduğunu anlayır. Azərbaycanla münasibətlərin inkişafı bir tərəfdən regional əməkdaşlıq üçün lazımdır. Digər tərəfdən isə bu gün İranın beynəlxalq geomüstəvidəki durumu kifayət qədər çətindir. 
Bir tərəfdən ABŞ-nin İrana təzyiqləri artır.

Digər tərəfdən, Təl- Əvivlə Tehran arasında gərginlik getdikcə güclənir. Belə bir vəziyyətdə İranın ABŞ və İsraillə normal münasibətləri olan Azərbaycana ehtiyacı var. Tehran bilir ki, Bakı perspektivdə vasitəçi ola, yaxud gərginliyin daha da artmasının qarşısını ala bilər. Bu mənada Pezaşkian hakimiyyəti Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Hərçənd yəqin ki, İran daxilində onun bu siyasətinə mane olmaq istəyənlər də var- onlar Azərbaycanın güclənməsindən narahatdırlar. 
İran Prezidentinin Azərbaycanda Qarabağla bağlı səsləndirdiyi fikirlərin Ermənistanla münasibəltərə ciddi təsir etdiyini düşünmürəm. Çünki artıq nəinki Tehran, digər bir çox oyunçu da bölgədəki yeni “oyun qaydaları” ilə hesablaşır. Bunu Ermənistan özü də anlayır və etiraf edir.

Siyasi şərhçi Kənan Novruzov,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri