Icma.az
close
up
RU
Pezeşkianın səfəri, Netanyahunun səfər xəbəri:Pərdəarxasında nələr var? Deputatlar şərh edir...

Pezeşkianın səfəri, Netanyahunun səfər xəbəri:Pərdəarxasında nələr var? Deputatlar şərh edir...

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İran prezidenti Pezeşkian Azərbaycana səfər edib.

Bunun ardınca, Netanyahunun da Azərbaycana səfəri gözlənilir.

Bu səfərlər isə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, bu proseslərin bizə hansısa zərəri ola bilərmi?

Bəziləri burada Azərbaycanın daha böyük gücə sahib olduğunu deyir, bəziləri isə bu yaxınlaşmanın İsraillə əlaqələrə zərbə olduğunu.

Pərdəarxasında nələr var?

Milli Məclisin deputatları Gununsesi.info-ya olan açıqlamalarında bütün bu məsələləri şərh edib.

Deputat Vüqar İskəndərov bildirir ki, Azərbaycan sözün əsl mənasında müstəqil, suveren, öz milli maraqlarını öndə tutan və bu maraqlardan çıxış edən ölkə olaraq, özünün daxil və xarici müəyyənləşdirən, qlobal anlamda sürətlə inkişaf edərək nüfuzlu ölkələrdən birinə çevrilməkdədir:

“Ölkəmiz hazırda uğurlu layihələrin müəllifi və tərəfdaşdır. O cümlədən Azərbaycan milli maraqları nəyi tələb edirsə, həmin siyasəti də yeridir və uğurla davam etdirir. Cənab Prezidentin daxili və xarici siyasəti, edilən genişlər, alınan nəticələr bir daha bu siyasətin uğurlu olduğunu göstərir. Ölkə başçısının Çinə olan dövlət səfərindən qeyd edə bilərik ki, dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan, dünya siyasətində vacib yeri tutan Çinin Azərbaycana olan marağı, təbii ki, hər bir azərbaycanlını qürurlandırır. Çindən qayıdan kimi, ölkə başçısının Avropadan gələn rəhbər vəzifəli şəxsləri qəbul etməsi, Avropa Şurası, İttifaqının münasibətlərimizə bu təşkilatların yenidən baxmalı olduqlarını və Azərbaycanla dost münasibətində olmaqlarından başqa digər yollarının olmadığını göstərir. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri də o cümlədən Azərbaycan və İran arasında olan münasibətlərin bu dəfə də zirvəyə qalxacağına şübhə yaratmır. İmzalanacaq sənədlər, verilən bəyanatlar, biznes forumda ölkə başçılarının əməkdaşlıqla bağlı fikirləri, həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə gələcək perspetivləri müzakirə etməkləri, İran prezidentinin ərazi bütövlüyümüzə hörmətlə yanaşması, zəfərimizi alqışlaması, İranın rəsmi mövqeyini çatdırması, müştərək iqtisadi layihələrdə iştirakımızı, gələcək perspektiv layihələrdə ikitərəfli və çoxtərəfli platformalarda mövqelərimizin birgə olmağını söyləməsi, Azərbaycan prezidentinin də bu məsələlərlə olan təkliflərinə İran tərəfinin müsbət yanaşması bir daha onu deməyə əsas verir ki, münasibətlər zamanla daha da yaxşı olacaq. Təbii ki, Azərbaycan və İran qonşu dövlətdir, Azərbaycan bu qonşuluqda səmimi olub, onlardan da onu gözləyib. Azərbaycanın İsrail ilə olan münasibətləri milli maraqlarımıza xidmət edir. İsrail və Azərbaycan strateji münasibətləri yüksək səviyyədə olan dost dövlətlərdir. Hansı ölkə il hansı münasibətin qurulması bizim daxili işimizdir və Azərbaycanın İsrail ilə olan münasibətlərin İrana, İranla olan münasibətin də İsrailə dəxli yoxdur. Əksinə, lazım olarsa, ehtiyac duyulanda Azərbaycan və onun prezidenti başqa ayrı xətlərdə olan ölkələr arasında birləşdirici funksiya kimi ola bilir. Bu, artıq dəfələrlə sübut olunub. Düşünürəm ki, bu məsələlərin tərəflərə maneçiliyi yoxdur. Hər iki tərəf anlayır və anlamalıdır. Bir daha qeyd edim, Azərbaycan milli maraqları nəyi tələb edirsə, dövlət də onu formalaşdırır. Azərbaycan prezidenti hazırda bütün dünyanın qəbul etdiyi vacib bir siyasi liderdir, nüfuzlu fiqurdur. İstəyir İran, istəyir İsrail, istəyirsə də digər ölkələrlə münasibətlərdə səmimidir, yaxşı dostdur, siyasəti düzgün qurur. Hər hansısa dövlətlə problemimiz yoxdur, ola da bilməz. Çünki məramımız bəllidir. Maraqlarımız nəyi tələb edirsə, ölkəmiz də həmin siyasətlə inkişaf edəcək”,-deyə V. İskəndərov həmçinin qeyd edib.

Xanım deputat Elnarə Akimovanın fikrincə isə, İran prezidentinin Azərbaycana səfərinin Azərbaycana, yaxud regiona yalnız xeyri ola bilər.

“Azərbaycan təbii ki, regionun güclü dövlətlərindən biridir. İran prezidentinin Azərbaycana səfərinin Azərbaycana, yaxud regiona yalnız xeyri ola bilər. Yaxud İsraillə Azərbaycan münasibətlərinə bunun heç bir zərəri yoxdur. Əksinə, Azərbaycanın regionda belə aktiv bir mövqe sərgiləməsi, ümumən regionun rifahı üçün əhəmiyyətlidir. Bu səfərin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident dedi ki, “Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”. Nəzərə alsaq ki, İran prezidenti azərbaycanlıdır, Şəhriyar şeirinin aşiqidir, onun Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam” poemasından səsləndirdiyi misraların mənəvi sferada hansı atmosferi yaratdığını şərh etməyə ehtiyac qalmır. Bu mənada bu səfərin tarixi əhəmiyyətini həssasiyyətlə dəyərləndirməliyik. İranla yaxın qonşuyuq, bizi hətta qohumluq əlaqələri birləşdirir. İsraillə dostluq əlaqələmizin tarixi çox qədimdir. Azərbaycanın varlığı, ölkəmizin qlobal dünya düzənində balanslaşdırılmış siyasət yürütməsi regionda və dünyada geosiyasi sabitliyi təmin edən əsas amildir”,- deyə Elnarə Akimova qeyd edib.

“Azərbaycan Respublikası suveren hüquqlarını bütün digər prinsiplərdən üstün tutan müstəqil dövlətdir və digər ölkələrlə əlaqələrinə özü qərar verir. Bu baxımdan, Azərbaycanın İsraillə münasibətlərinin hər hansı bir ölkəyə aidiyyatı olmadığı kimi, Bakı-Tehran əlaqələrinin də hər hansı bir üçüncü tərəfə aidiyyatı yoxdur”.

Bu sözləri isə saytımıza açıqlamasında deputat Elçin Mirzəbəyli bildirib.

O, həmçinin qeyd edib:

“İran prezidentinin Bakıya gəlişi öncəsi İsrailin baş nazirinin Azərbaycana səfər edəcəyi ilə bağlı yayılan məlumatın ən yaxşı halda feyk, ən pis halda isə informasiya təxribatı olduğunu düşünürəm. Hətta Netanyahunun Azərbaycana səfər edəcəyi barədə xəbər doğru olsa da belə, belə bir məlumatın İran prezidentinin səfəri öncəsi tirajlanmasının xoş niyyətdən qaynaqlanmadığı qənaətindəyəm. Ola bilsin ki, yaxın bir neçə ay ərzində İsraildən Azərbaycana hansısa dövlət rəsmisi səfər etsin, amma bunun Netanyahu ola biləcəyi ehtimalı çox azdır. Bu qənaətimin səbəbləri isə təkcə İranla bağlı deyil. Netanyahu Bakıya yaxın 1-2 ay ərzində o halda səfər edə bilər ki, bu Türkiyə-İsrail əlaqələri ilə bağlı olsun və ölkəmizin paytaxtı da bu məsələdə dialoq platforması rolunu oynasın. İran, bu ölkənin Azərbaycan Respublikasına münasibətdə uzun illərdən bəri sərgilədiyi yanlış siyasətə baxmayaraq, yaxın qonşumuzdur və bu qonşu ölkədə, ən azı 30 milyon Azərbaycan türkü yaşayır. Məsud bəy də o tayda yaşayan qardaşlarımızdan biridir və onun İran prezidenti kimi ölkəmizə səfərinin qarşılıqlı münasibətlərə müsbət təsir göstərəcəyini düşünürəm. Azərbaycanın gerçək tərəfdaşları ölkəmizin qonşu İranla və digər ölkələrlə əlaqələrinə, ən azı anlayışla yanaşmalıdırlar. Rəsmi Bakı bölgədə davamlı sülhün və sabitliyin əldə edilməsində, təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu özünün təmkinli, uzaqgörən siyasəti ilə dəfələrlə təsdiqləyib”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see286

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see249

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see233

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see216

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see189

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see187

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see176

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see172

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see156

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see153

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see152

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see152

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see151

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see148

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see145

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see144

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see144

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see141

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see138

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri