Icma.az
close
up
RU
Pezeşkianın təhdid etdi, İran ətrafında vəziyyət qarışdı Yeni hücum anonsu

Pezeşkianın təhdid etdi, İran ətrafında vəziyyət qarışdı Yeni hücum anonsu

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İran Prezidenti Məsud Pezeşkianın İsraillə bağlı son açıqlaması Yaxın Şərqdə narahatlıq doğurub. Pezeşkian ehtiyac yaranacağı təqdirdə İranın İsrail ərazisinə yenidən zərbələr endirməyə hazır olduğunu bildirib.

O, Tehranın milli təhlükəsizliyə və regional sabitliyə təhdid yaranacağı təqdirdə sərt addımlar atmaqdan çəkinməyəcəyini söyləyib. İran prezidentinin ABŞ-la nüvə danışıqlarının dayandırılması fonunda belə bir bəyanat verməsi diqqət çəkir.

Bu bəyanat sadəcə ritorik çıxış, yoxsa real hərbi qarşıdurma anonsu kimi dəyərləndirilməlidir? Pezeşkianın sözləri kimə ünvanlanıb?

Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran mövcud strategiyasını “əgər ehtiyac olsa, İsrail ərazisinə yenidən zərbə endirməyə hazırıq” deyərək açıq şəkildə ortaya qoyub:

“İranın ritorikasında həm daxili, həm də xarici auditoriyaya müəyyən mesajlar var. Ölkənin yüzlərlə raket və dron potensialı hələ də aktivdir, lazım gəldikdə istifadə edilə bilər. Mövcud vəziyyətdə İranın cavabı ciddi şəkildə müzakirələrə səbəb olsa da, ABŞ və regiondakı müttəfiqlər bunun eskalasiyaya gətirib çıxarmasını istəməz.

Həmçinin oxuyun:

Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO

Pezeşkian sərt ritorika nümayiş etdirsə də, unutmayaq ki, onun üçün demokratik imic vacibdir. Güc tətbiqi yalnız real ehtiyac yarandığı halda həyata keçirilə bilər və bu ehtimal olduqca zəifdir.


Vüqar Zifəroğlu

İranın mesajı strateji-lingvistik ritorikadır. Bu, həm birdəfəlik bəyanat, həm də gələcəkdə potensial hərbi addımlar üçün zəminin yaradılmasıdır. Diplomatik kontekstdə belə bir bəyanat ABŞ-la nüvə danışıqları və regional nüfuzu gücləndirmək istiqamətində istifadə olunur.

Bəli, yenidən hücum mümkündür. Pezeşkianın sözləri strateji bir kalkulyasiyadır. Daxili sabitlik, regional güc balansı və Qərblə strategiyanın tənzimlənməsi üçün bir mexanizmdir. Hazırkı anda isə bu, daha çox ritorik mesaj xarakteri daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri