Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Pezeşkianın səfəri: Azərbaycan İran münasibətlərində yeni dönəm

Pezeşkianın səfəri: Azərbaycan İran münasibətlərində yeni dönəm

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məsud Pezeşkianın İranın Prezidenti vəzifəsində bu ay Azərbaycana ilk səfəri nəzərdə tutulub. Səfər barədə razılıq Prezident İlham Əliyevin martın 31-də iranlı həmkarı ilə telefon danışığı zamanı əldə edilib. Yayılan açıqlamada bildirilir ki, danışıq zamanı Pezeşkian bu səfər çərçivəsində iki qonşu xalq arasında münasibətlərin, eləcə də dostluq və qardaşlığın inkişafı və möhkəmləndirilməsinə yönəlmiş səmərəli və uğurlu məsləhətləşmələrin aparılacağını bildirib.

İlin əvvəlindən bəri baş tutan qarşılıqlı səfərlər, ikitərəfli münasibətlərdə müsbət tendensiyalar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında soyuqluq, hətta gərginlik arxada qalıb. Ermənistanın işğalı dövründə İran qarşı tərəf üçün nəfəslik rolunu oynayıb və bunu hər iki tərəf də təsdiq edib. İkinci Qarabağ müharibəsində də bu münasibət təkrarlandı. Azərbaycan dəfələrlə bəyan edib ki, bütün qonşularla, o cümlədən İranla mehriban qonşuluq, iqtisadi, siyasi əlaqələrin möhkəmlənməsində maraqlıdır. Təqdirəlayiq hal ondan ibarətdir ki, Mahmud Pezeşkianın prezidentliyi müddətində müsbətə doğru addımların atıldığının şahidi oluruq. Düzdür, İran prezidenti Bakıda keçirilən COP-29-a qatılmasa da, tədbirdə vitse-prezidentlə təmsil olundu.

Bunların fonunda 2025-ci ilin ilk rübünü Azərbaycan-İran münasibətlərinin tarixində mühüm dəyişikliklər dövrü kimi xarakterizə etmək olar. Həqiqətən də, Azərbaycan-İran münasibətlərinin intensivliyi baxımından ilk üç ay əlamətdardır və proses davam edir. M.Pezeşkianın Novruz bayramı ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu bu baxımdan mühüm sayılır. Məktubda bildirilib ki, 2025-ci ilin ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcəyinə, xalqlarımızın rifah və firavanlığına xidmət edəcəyinə ümid edir. Elə Azərbaycan Prezidenti də dəfələrlə ölkələrimizin ortaq dəyərləri bölüşdüyünü, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirib.

M.Pezeşkianın Bakıya səfərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət irəliləyiş olacağı gözləniləndir. Proqnoz etmək olar ki, səfərdən sonra iki ölkə arasında münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağıq. Təsadüfi deyil ki, İranın yüksək rütbəli rəsmiləri azərbaycanlı həmkarları ilə keçirdikləri görüşlərdə ölkələr arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının müvafiq sahələr üzrə mövcud əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıblar.

Bunların fonunda Azərbaycanla İran regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), D-8 çərçivəsində əməkdaşlığı da xeyli gücləndiriblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fevral ayında qonşu ölkəyə səfəri zamanı Məsud Pezeşkianla, onun siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşü də münasibətlərin inkişafında mühüm rola oynayıb. Bu görüşlərdə Bakı-Tehran ikitərəfli əlaqələri və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan dəfələrlə bəyan edib ki, İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Münasibətlərdə əsas məqam isə etimadın gücləndirilməsi və anlaşılmazlıqların aradan qaldırılmasıdır.

M.Sənayi də bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdurlar. Onun fikrincə, Azərbaycan-İran münasibətlərinin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: "İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır".

Aprelin 1-də Hikmət Hacıyev Sənayi ilə növbəti görüşündə də iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparıb. Həmçinin 2025-ci ilin fevralında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional əhəmiyyətli məsələlər müzakirə edilib.

İki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər xüsusilə Azərbaycan və İran tərəfindən birgə icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Fevralda daha bir mühüm addım atıldı. Baş nazir Əli Əsədov Tehrana səfər etdi və Pezeşkian tərəfindən qəbul edildi. İşgüzar səfər çərçivəsində reallaşmış görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirildi.

Önəmli olan həm də odur ki, İranla Azərbaycan hərbi əməkdaşlığı genişləndirməklə də bağlı razılıq əldə ediblər. Məsələn, ötən ilin noyabrında İranın Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilib.

İqtisadi əməkdaşlığa gəldikdə, bu ilin yanvarında baş nazirin müavini Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak məqsədilə İranda səfərdə olub. Bakı-Tehran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub.

Çox güman ki, İran prezidentinin apreldə nəzərdə tutulan səfəri zamanı regiondakı nəqliyyat bağlantılarının, o cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizi, Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısı müzakirə olunacaq. Eyni zamanda, Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd olunanlar onu deməyə əsas verir ki, İran Azərbaycanın regionda oynadığı rolu, sürətli inkişafını görür və qiymətləndirir. Təsadüfi deyil ki, M.Sənayi də Bakıda Azərbaycanın davamlı inkişafının şahidi olduğunu xüsusi vurğulayıb. Görünən də odur ki, İran qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyə başlayıb.

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri