Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş ETDİ
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Əlcəzairin Beynəlxalq “Huari Bumidin” hava limanına texniki eniş edib.
Redaktor.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat verib.
Məlumata görə, İran Prezidentini hava limanının fəxri salonunda Əlcəzairin daxili işlər, yerli icmalar və nəqliyyat naziri Səid Səyud, eləcə də xarici işlər nazirinin xaricdə yaşayan milli icma üzrə dövlət katibi Sufyan Şayib qarşılayıb.
Dövlət televiziyası təyyarənin Əlcəzairə hansı istiqamətdən gəldiyi və növbəti təyinat məntəqəsi barədə məlumat verməyib. Təyyarənin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka uçduğu ehtimal edilir.
İran Prezidentinin Əlcəzairdə texniki dayanacağının müddəti və onun növbəti uçuşunun vaxtı barədə hələlik məlumat açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Sentyabr 2026 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















