Icma.az
close
up
RU
Pezeşkianın Xamenei ilə son dərəcə məxfi görüşü Sensasiyalı İDDİA

Pezeşkianın Xamenei ilə son dərəcə məxfi görüşü Sensasiyalı İDDİA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkianın ölkənin Ali Lideri Müctəba Xamenei ilə qeyri-adi görüş keçirdiyi barədə iddia yayılıb. İddiaya görə, görüş o qədər qeyri-adi şəkildə baş verib ki, Pezeshkian həqiqətən Xamenei ilə görüşüb-görüşmədiyindən əmin olmayıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Iran International" nəşri öz mənbələrinə istinadən yayıb.
Qeyd edilib ki, Məsud Pezeşkianın Müctəba Xamenei ilə görüşü qeyri-adi şəraitdə son dərəcə məxfi şəkildə baş tutub. Görüşün təşkilatçısının İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) olduğu təxmin edilir.

İddiaya görə, Pezeşkian uzun müddətdir Müctəba Xamenei ilə görüşmək istəyib. Görüşə razılıq verilsə də, bu,  ənənəvi qaydada rəsmi iqamətgahda keçirilməyib.

Məlumata əsasən, Pezeşkian əvvəlcə məxfi bir ünvana aparılıb, daha sonra təhlükəsizlik müşayiətindən ayrılaraq tam qara şüşələri olan avtomobilə mindirilib. Müctəba Xameneinin məhz həmin avtomobildə olduğu iddia edilir.


İddiada bildirilir ki, avtomobilin salonu tam qaranlıq olduğundan tərəflər bir-birinin üzünü görməyiblər. Pezeshkiana Xamenei ilə əl sıxmağa belə icazə verilməyib. Görüş cəmi bir neçə dəqiqə davam edib. 

Nəşrin yazdığına görə, Pezeşkian sonradan köməkçiləri ilə söhbətində hömin görüşdən narahat olduğunu açıqlayaraq, qarşısındakı şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığına şübhə etdiyini deyib. O, qaranlıq səbəbindən yalnız səs eşitdiyini bildirib.

Xəbərdə həmçinin iddia olunur ki, Pezeşkian sonradan Müctəba Xameneinin rəsmi iqamətgahında üzbəüz yeni görüş keçirilməsini xahiş etsə də, bu tələb qəbul edilməyib.
Qeyd edək ki, "Iran International" Böyük Britaniyada 24/7 rejimində fəaliyyət göstərən farsdilli peyk xəbər kanalı və rəqəmsal media platformasıdır. Bu məlumat hələlik yalnız iddia xarakteri daşıyır və İranın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Avqust 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri