Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

PFL dən açıqlama: Oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir

PFL dən açıqlama: Oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Peşəkar Futbol Liqası ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar oyunların təşkili məsələsində yaranan çətinliklərə dair açıqlama yayıb.

Sportal.az xəbər verir ki, açıqlamada bildirilib: "Ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb. Bütün klubların rəhbərliyinə, əziyyəti keçən hər bir əməkdaşına fədakarlıq göstərdiklərinə görə minnətdarlığımızı çatdırırıq. “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirildi. Hamısı yüksək səviyyədə təmizləndi və oyuna yararlı duruma çatdırıldı. Komandalar dərhal qırmızı toplarla təmin olundu. Meydançalar qırmızı xətlərlə boyandı. Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik.

Ən böyük qar kütləsi Şamaxıda qeydə alınmışdı. Klub rəhbərliyinə və yerli icra orqanlarına xüsusi təşəkkür edirik. Hətta oyundan öncəki məşq üçün belə şərait yaratmağa nail oldular. Sadəcə axşam saatlarında yenidən qar yağdığına görə çətinlik yarandı. Səhər saatlarından etibarən klubla daim əlaqədəyik və təşəkkür edirik ki, stadionu tam təmizləyə biliblər. Yeganə problem yayımla bağlıdır. “CBC Sport” telekanalının əməkdaşları və VAR maşını dünənki matçlarla əlaqədar oyun günü səfərə yollandığından təhlükəsizlik səbəbindən geri qayıtmalı oldular.

Xüsusi qeyd etmək istərdik ki, VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Dəfələrlə ölkəmizdə, eləcə də dünyanın bir çox çempionatlarında oyun zamanı VAR-ın çalışmamasının şahidi olmuşuq, amma oyun dayandırılmayıb. Və ya havanın dumanlı olması səbəbindən televiziya vasitəsilə tamaşaçıların izləməsi demək olar mümkünsüz hala gəlsə də, aşağı qatda, yəni meydançanın üzərində, hakimin görüş məsafəsində heç bir problem olmadığından oyun davam etdirilib. Bir daha qeyd etmək istərdik ki, oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır. 

VAR sistemi ilə bağlı narahatlıqlara gəldikdə isə qeyd etmək istərdik ki, idman prinsiplərinin qorunması əsas tutularaq, hər mövsüm çempionatın son turlarında  avrokuboklara yollanma və aşağı liqaya düşmə ehtimalı olan komandalar üçün həssaslıq nəzərə alınaraq, bütün oyunlar eyni gündə və eyni saatda start götürür. Bu zaman isə oyunların bəziləri “CBCSport” kanalı vasitəsilə canlı yayımlanmır və VAR sistemi tətbiq olunmur. Bu hal bu mövsümün də sonunda yaşanacaq. 

“Şamaxı” və “Turan Tovuz” komandalarına bugünkü oyunda uğurlar arzu edirik".

Qeyd edək ki, Tovuz təmsilçisi matçın təxirə salınması üçün PFL-ə rəsmi müraciət göndərmişdi. 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri