Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Torpaq, tük yeyənlər və ya PİKA SİNDROMU

Torpaq, tük yeyənlər və ya PİKA SİNDROMU

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Pika sindromu cox hallarda  uşaqlıq  hətta  körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış  pozğunluğudur.

Normal qidalardan xaric qida olmayan, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Bu xəstələr  zərərli  ola  biləcəyini bilsələr  də  özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor, kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr Pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha-daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası  və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç... Bu saydıqlarım neçə də iştahanızı açdı deyil mi!

Bizim mədəmizi bulandıran bu qida olmayan maddələr onların ağızlarını sulandırmağa belə yetir. Üstəlik bu vəziyyətdə olanların sayı həm ölkəmizdə, həm də dünyada heç də az deyildir. Pika sindromu daha  çox  1-6  yaş qrupu uşaqlarda və hamilələrdə görülür. Yeniyetməlik qrupundakı uşaqlarda bu xəstəlik risk qrupu təşkil edir. Onu da qeyd edim ki, 1 yaşına kimi ağıza aparma instinkti bu xəstəlik qrupu ilə baglı deyildir.

Pika sindromu ilə bağlı bir  neçə faktı bölüşmək istərdim.

Tempestt  Henderson adlı Florida  vilayətində yaşayan bir qiz həftədə 5 qəlib sabun, paltar yumaqda istifadə olunan maddələri yeyirmiş. Bu qıza verilən suala cavab olaraq bildirmişdir ki, sabunun verdiyi dadı və zövqü heç bir şirniyyatda tapa bilmirəm. Bu fakta Türkiyədən də bir misal  göstərmək istərdim: Canan xanım 39 yaşındadır və tam bir sabun xəstəsidir. Çəngəlinə aldığı sabunu xart-xurt yeyərkən ətrafına da salam verməkdən heç çəkinmir.

Azərbaycanda isə Narınc Uşaq Psixalogiya mərkəzinə daxil olan faktlardan qəpik yeyən, saç yeyən uşaqları misal göstərmək istərdim. Dörd yaşlı qəpik yeyən uşaq dayə himayəsində böyüdüyündən sirf diqqət çəkmək üçün qəpik yeyirmiş. Sevgi doyumsuzluğundan bu yola əl atan uşaq hətta oyuncaq maşın təkəri də yeyirmiş.

Pika sindromundakı insanlarla gündəlik həyatda qarşılaşmaq olduqca asandır. Məsələn, məktəbimizdə bir uşağın silgi yediyini hec unutmuram. Bu cür faktlar ətrafımızda olduqca çoxdur, sadəcə fikir versəniz rastlaşa bilərsiniz.

Pika sindromu necə müəyyən edilir

Uşaqların hərəkətlərini diqqətlə izlədiyinizdə pika sindromunu asanca sezmək mümkündür. Açıq havada torpaq yeyən bir uşağın qapalı məkanda ayaqqabı altını yaladığı, divarı qaşıyaraq altından çıxan torpaq parçalarını yediyini və ya dibçəklərin altın qaldırıb torpağı yediyi görülə bilən hallardır. Hətta bəzi uşaqların qələmlərin arxasını gəmirməsi, kağız yemələri, şunur dişləməsi pika sindromunun göstəricisidir.

Pika sindromunun təhlükələri

Uşaqlarda zəka inkişafı problemlərinə bağlı olaraq pika problemi görülə bilir. Eyni zamanda bədənin müqavimətinin zəifləməsinə yol açmaqdadır və uşaqlarda infeksiyaya bağlı xəstəliklərə tutulma ehtimalını artırır. Müalicəsində psixoloji dəyərləndirilmə, sağlam bəslənmə proqramı öyrədilməli və həkim nəzarətində dəmir müalicəsi aparılmalıdır. Fərqinə varılmadıqda xəstələrdə əksər hallarda alminium zəhərlənməsi, həzm sistemi problemləri, infeksiyalara bağlı olan xəstəliklər, saç yediyi üçün boğazda və mədədə tıxanmalara bağlı təcili cərrahi müdaxilələrə məruz qalma kimi problemlərlə üzləşməkdədirlər. Ağır metal zəhərlənmələri ən cox lazımi inkişaf səviyyəsinə çatmamış uşaqlarda 1-4 yaşlarında  xüsusilə təhlükəlidir. Çünki bu yaşlarda uşaqlar təhlükəli olub-olmadığını heç soruşmadan bu maddələri qəbul edə bilirlər. Bundan başqa uşaqlarda zəka inkişafına bağlı olaraq pika sindromu da inkişaf edir. Bədəndə sink, dəmir əksikliyi uşagın inkişafına mənfi təsir göstərir.

Çox ciddi şəkildə görülən hallar - adətən ayaqqabı altını yalamaqla başlayırlar. Hətta saydıqlarımın çoxusu belə dözülməz olan maddələrə meyl edirlər. Qısacası bu maddələrin adları belə ağılları başdan alır. Xəstəlik tam bir dövr şəklində davam etdikcə yedikçə daha çox zövq alırlar, zövq aldıqca da daha çox yeyirlər. Digər səbəblər içərisində də sevgidən ac bir mühitdə yetişməsi, inam duyğusunun yetərincə olmaması yer alır. Ailədəki narahatçılıqlar körpələri və uşaqları bu cür davranışlara sövq edə bilir. Lazımi qidalanmamanın sonunda mineral əksikliyi görülür və pikanın ortaya cıxmasına səbəb ola bilir. Qan azlığı belə valideyin diqqətsizliyi nəticəsində yer alan səbəblərdən biridir.

Pika sindromunun müalicəsi

İlk edilməsi lazım olan izləmə, sonunda diaqnozun daha güvənli olmasını təmin edir. Bunun üçun daha öncə sindromun səbəblərini tapmaq və buna uyğun müalicə üsulu seçmək lazımdır. Analizlər - dəmir, sink, alminium kimi elementlərin yoxlanılması vacibdir. Əgər bədəndə dəmir əksikliyi ciddi dərəcədə azlıq təşkil edirsə buna müvafiq olaraq dərman müalicəsinə başladılmalıdır. Təbii qidalardan isə dəmir əksikliyi təsdiqlənmişsə xəstə mütləq qaraciyər, yumurta, paxlalılar sinfinə aid olan bitkilər və qırmızı ət qabul etməlidir. Dərman müalicəsi şərtdir.

Pika sindromunda psixoloji dəstək

Bu xəstəliyin təməl səbəbləri arasında psixoloji  dəstək də yer almaqdadır. Buna görə də xəstəliyə mütləq bir pedaqoji dəstək də vacibdir. Psixoloji dəstəklə yanaşı pika xəstəliyinin müalicəsində terapiyaya da yer verilməlidir. Psixoloji olaraq aparılan bu terapiyanın sonunda müvəffəqiyyətli bir nəticə əldə etmək olduqca vacibdir. Xüsusilə də oyun terapiyası uşaqlarda xəstəliyi aşmaqda olduqca müvəffəqiyyətli  bir üsuldur. Bu işdə məqsəd uşağın yediyi maddələrə alternativ qaydalar yükləməkdir. Məsələn: kagız yeyən bir uşağa rəsm çəkməsinə üstünlük verilməsi və ya palçıq yemədən dayana bilməyən bir uşaga palçıqdan heykəl qurmaq, bu xəstəliyin müalicəsində olduqca faydalıdır.

Lalə Ələkbərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Dushunce.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri