Pimliett Qetjini “gözlərimə barmaq soxan çirkli əclafdır” adlandırıb
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
UFC-nin yüngül çəki dərəcəsində müvəqqəti kəmərə keçmiş iddiaçı, ingiltərəli Peddi Pimliett amerikalı Castin Qetji ilə revanş döyüşü keçirmək istədiyini bəyan edib.
İdman.Biz xəbər verir ki, onların Las-Veqasda baş tutan UFC 324 turnirinin əsas döyüşü beş raund davam edib və hakimlərin yekdil qərarı ilə “Highlight” ləqəbli Qetjinin qələbəsi ilə başa çatıb.
Pimliett məğlubiyyətinə baxmayaraq, Castini çirkin üsullara əl atmaqda ittiham edib:
“Qisas almaq üçün qayıdıram... Hamı uduzur, bundan dərs çıxarmaq lazımdır. Bəlkə də mən bu məğlubiyyətdən UFC-dəki digər yeddi qələbəmdən daha çox şey öyrəndim. Ümid edirəm ki, mənə Qetji ilə revanş imkanı verəcəklər. O, döyüş zamanı gözlərimə barmaq soxan çirkli əclafdır”.
Xatırladaq ki, 2026-cı ilin yanvarında baş tutan həmin döyüşdə Qetji qələbə qazanaraq karyerasında ikinci dəfə müvəqqəti UFC kəmərinə sahib çıxıb. Peddi Pimliett isə bu məğlubiyyətlə yeddi oyunluq qələbə seriyasını əldən verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Aprel 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















