Icma.az
close
up
RU
Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ümumrayon tədbiri keçirildi

Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ümumrayon tədbiri keçirildi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

28 noyabr 2024-cü il tarixdə Pirallahi Rayon icra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Yaşıl-dünya-sağlam həyat” başlıqlı ümumrayon tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov,  Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, idarə-müəssisə, təşkilatların rəhbərləri, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak etdilər. Tədbirdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini əks etdirən video-çarx nümayiş etdirildi.

Tədbiri başçının birinci müavini Vəzir Səfixanov giriş nitqi ilə açaraq iqlim dəyişikliyinin yalnız ekosistemi deyil, həm də insanların sağlamlığını təhdid edən ciddi bir problem olduğunu vurğuladı. Bildirildi ki, iqlim dəyişikliyi, atmosferdəki qazların artması, təbii resursların tükənməsi və ekosistemlərin pozulması kimi bir çox amilin nəticəsidir. Bu səbəbdən, iqlim dəyişikliklərinin insanların fiziki və zehni sağlamlığına necə təsir etdiyini dərindən başa düşmək vacibdir. Natiq, ölkəmizdə yaxın günlərdə uğurla keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından bəhs edərək ölkəmizin COP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırdığını vurğuladı. O da qeyd edildi ki, belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycana olan beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirin uğurla təşkil olunmasında göstərdiyi liderlik, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə və qlobal iqlim müzakirələrində Azərbaycanın aparıcı rolunun güclənməsinə böyük töhfə vermişdir. V.Səfixanov nitqinin sonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonumuzda görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Azər Zeynalov il ərzində müəssisə tərəfindən görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, müvafiq dövr ərzində bir çox ağacəkmə aksiyaları keçirilmiş, idman yarışları, maarifləndirici aksiyalar təşkil olunmuşdur. O da vurğulandı ki, tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.

Yekun olaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Nabatova çıxış edərək, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin geniş və mürəkkəb bir mövzu olduğunu və bunun, fiziki, psixoloji və sosial sağlamlığa ciddi təsir göstərə biləcəyini vurğuladı. Qeyd edildi ki, iqlim dəyişikliyi ilə bağlı baş verən temperatur artımları, ekstremal hava hadisələrinin artması insanların fiziki sağlamlığına mənfi təsir göstərir. Temperaturun artması ilə əlaqəli olaraq istilik vurması, dəhşətli isti hava dalğaları xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Həmçinin, yüksək temperatur infeksiyaların yayılmasını da təşviq edir. Həddən artıq isti hava insanın immun sistemini zəiflədir və bu da müxtəlif infeksiyaların artmasına səbəb ola bilər. Eyni zamanda, hava çirkliliyinin artması ilə əlaqəli olaraq, tənəffüs xəstəliklərinin yayılması da müşahidə edilir. Bu xüsusilə şəhər ərazilərində, avtomobil və sənaye tullantılarının havada yüksək səviyyədə olduğu yerlərdə daha çox nəzərə çarpır.

Çıxışların yekunlaşmasından sonra tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri