Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Pirallahı rayonunda növbəti ümumrayon tədbiri keçirilib

Pirallahı rayonunda növbəti ümumrayon tədbiri keçirilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pirallahi Rayon icra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Yaşıl-dünya-sağlam həyat” başlıqlı ümumrayon tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, idarə-müəssisə, təşkilatların rəhbərləri, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini əks etdirən video-çarx nümayiş etdirilib.Tədbiri başçının birinci müavini Vəzir Səfixanov giriş nitqi ilə açaraq iqlim dəyişikliyinin yalnız ekosistemi deyil, həm də insanların sağlamlığını təhdid edən ciddi bir problem olduğunu vurğulayıb. Bildirilib ki, iqlim dəyişikliyi, atmosferdəki qazların artması, təbii resursların tükənməsi və ekosistemlərin pozulması kimi bir çox amilin nəticəsidir. Bu səbəbdən, iqlim dəyişikliklərinin insanların fiziki və zehni sağlamlığına necə təsir etdiyini dərindən başa düşmək vacibdir. Natiq, ölkəmizdə yaxın günlərdə uğurla keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından bəhs edərək ölkəmizinCOP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırdığını vurğuladı. O da qeyd edildi ki, belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycana olan beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirin uğurla təşkil olunmasında göstərdiyi liderlik, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə və qlobal iqlim müzakirələrində Azərbaycanın aparıcı rolunun güclənməsinə böyük töhfə vermişdir. V.Səfixanov nitqinin sonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonumuzda görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Azər Zeynalov il ərzində müəssisə tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, müvafiq dövr ərzində bir çox ağacəkmə aksiyaları keçirilmiş, idman yarışları, maarifləndirici aksiyalar təşkil olunub. O da vurğulandı ki, tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.Yekun olaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Nabatova çıxış edərək, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin geniş və mürəkkəb bir mövzu olduğunu və bunun, fiziki, psixoloji və sosial sağlamlığa ciddi təsir göstərə biləcəyini vurğulayıb. Qeyd edilib ki, iqlim dəyişikliyi ilə bağlı baş verən temperatur artımları, ekstremal hava hadisələrinin artması insanların fiziki sağlamlığına mənfi təsir göstərir. Temperaturun artması ilə əlaqəli olaraq istilik vurması, dəhşətli isti hava dalğaları xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Həmçinin, yüksək temperatur infeksiyaların yayılmasını da təşviq edir. Həddən artıq isti hava insanın immun sistemini zəiflədir və bu da müxtəlif infeksiyaların artmasına səbəb ola bilər. Eyni zamanda, hava çirkliliyinin artması ilə əlaqəli olaraq, tənəffüs xəstəliklərinin yayılması da müşahidə edilir. Bu xüsusilə şəhər ərazilərində, avtomobil və sənaye tullantılarının havada yüksək səviyyədə olduğu yerlərdə daha çox nəzərə çarpır.Çıxışların yekunlaşmasından sonra tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri