Icma.az
close
up
RU
Pirallahıda qışa hazırlıqla bağlı müşavirə keçirilib FOTO

Pirallahıda qışa hazırlıqla bağlı müşavirə keçirilib FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Noyabrın 29-da Bakı Şəhər İH və Bakı şəhəri Pirallahı Rayon İH-nin təşkilatçılığı ilə Pirallahı rayonu üzrə 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir. Müşavirədə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov,  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyev, Pirallahı rayon İH-nin məsul əməkdaşları, rayonun idarə-müəssisə və təşkilat  rəhbərləri,  sahibkarlıq və ticarət subyektlərinin nümayəndələri iştirak etmişdir. Müşavirə zamanı rayon təsərrüfatının 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr aparılmış, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, eləcə də idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə toxunulmuşdur. Müşavirə zamanı qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətə çatdırılmış, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da həyata keçirilən layihələrdən, abadlıq-quruculuq işlərindən, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir. 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlığına nəzarəti gücləndirmək məqsədilə Tədbirlər Planı təsdiq olunmuşdur. Təsdiq olunmuş Tədbirlər Planında əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilmiş, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirilməsi, inventar, duz tədarükünün edilməsi də öz əksini tapıb.

Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Röyal Sarıməmmədov payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verib.

Daha sonra Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2024-2025-ci illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri