Pit Heqset ABŞ nin yeni Müdafiə Naziri vəzifəsinə başlayıb
ABŞ-nin yeni müdafiə naziri Pit Heqset bu gün təyinatı Senatda təsdiqləndikdən və and içdikdən sonra ilk növbədə Müdafiə Nazirliyinin (Pentaqon) binasına gəlib.
Heqseti binanın girişində ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kiçik Çarlz Q. Braun qarşılayıb.
Burada mətbuata açıqlama verən Heqseth Pentaqonda olmaqdan qürur duyduğunu bildirib və prioritetləri haqqında məlumat verib.
“Pentaqon daxilində Müxtəliflik, Bərabərlik və İnklüzivliyin (DEI) aradan qaldırılması, Covid-19 mandatlarına görə ordudan qovulan qoşunların geri qaytarılması, Amerika üçün Dəmir Qübbənin yaradılması… Bu məsələlərlə bağlı daha çox icra əmrləri gəlir, bunlar sürətlə baş verir”, - deyə Heqset bildirib.
Tramp administrasiyasının qeyri-qanuni mühacirlərə qarşı siyasətinə işarə edən Heqset, Pentaqonun cənub sərhədi üçün “nə lazımdırsa” edəcəyini söylədi.
Mövsüm
Aznews.az