Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Piter Mixalko yenə də əsas şoumen olaraq səhnədədir

Piter Mixalko yenə də əsas şoumen olaraq səhnədədir

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən gücləndikcə və dünyada mövqeləri daha da möhkəmləndikcə bəzi bəlli dairələr və beynəlxalq təşkilatlar əyinlərinə qara geyinib, qara-qura fikirlərlə çıxış etməklə ölkəmizə qara ləkə atmağa çalışırlar. Bununla öz dayaz ağılları ilə ölkəmizi beynəlxalq aləmin gözündən salacaq, uğurlarına zərbə vuracaqlar. Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar xarici məkrli dairələrin yanında yer alıb, ölkəmizə qarşı qarayaxma kampaniyasında fəal iştirak edirlər. Bəzən dağıdıcı müxalifət, xaricdən maliyyələşən media təmsilçilər və QHT nümayəndələri ölkəmizə qarşı birgə qara işlərin aparılması üçün ağaları ilə məsləhətləşmələr də aparırlar. Dekabrın 4-də Avropa İttifaqı, Böyük Britaniya və İsveçrənin səfirlikləri Azərbaycanda fəaliyyət göstərən, ancaq onların sözlərini deyən, tapşırıqlarını yerinə yetirən “hüquq müdafiəçi”ləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və “ictimai fəallar”ın iştirakı ilə birgə toplantı keçiriblər. Toplantıda çıxış edən İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelin, Böyük Britaniya səfiri Ferqus Old, ABŞ səfiri Mark Libbi, Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko və digərləri Azərbaycan xalqı və dövləti əleyhinə, hakimiyyətin apardığı xeyirli, gərəkli siyasətinə yönəlik fikirlər səsləndiriblər. Aİ, Böyük Britaniya, İsveçrə və ABŞ səfirlərinin uydurmalarına görə, Azərbaycan həbsxanalarında cəza çəkənlərin hamısı günahsızdır və azad olunmalıdırlar. Belə bir ağzıgöyçəklik etməkdə məqsədləri sonra da azadlığa çıxanlara minnət qoyub, özləri üçün qara işlərdə işlətməkdir. Ancaq dərk etmirlər ki, bura azad, demokratik dövlət olan Azərbaycandır. Hər bir məsələ hüquqi yolla tənzimlənir və məhkəmə qaydasında qərarlar verilir. Aİ, Böyük Britaniya, İsveçrə və ABŞ səfirlərinin ağılları Amerikaya gedib. Hansı ki, prezident C.Bayden oturduğu kreslonun imkanlarından sui-istifadə edərək vergidən yayınma, narkotik maddənin təsiri altında odlu silah alması və 3 nəfəri yaralaması, ümumilikdə haqqında 9 maddə üzrə ittiham üzrə məhkəmədə təqsirli bilinən oğlu Hanter Baydeni əfv etdi.

9 maddə ilə ittiham olunan oğlunu əfv etməklə Bayden ABŞ-da qanunların şah deyil, şahın (prezidentin) qanun olduğunu dünyaya nümayiş etdirdi

Hanter Baydendə əfv qərarına münasibət bildirərkən, gülə -gülə “atam prezident olaraq məni əfv etməsə idi, ondan inciyə və əlaqələrimi kəsə bilərdim”,- deyə söyləyir. Bununla da Amerika Birləşmiş Ştatlarında qanunların şah deyil, prezident C.Baydenin qanun olduğunu bütün dünyaya nümayiş etdirdi. Belə bir biabırçı durumda olan və özlərinə məxsus demokratiya ilə çıxış edən dövlətin Azərbaycandakı təmsilçisi bizlərə söz və mətbuat azadlığından, insan hüquqlarının müdafiəsindən fars-molla rejiminin bozbaş mollalarısayağı moizələr söyləyir. Hətta utanıb-çəkinmədən, bir növ həyasızcasına ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi yanıqlı köks ötürərək deyir ki, budəfəki toplantımızda insan hüquqları və söz azadlığı uğrunda mübarizədən danışanların bir çoxu bugünkü tədbirdə iştirak edə bilmirlər. Tədbirdə iştirak edən Azərbaycanda doğumlu olan və azərbaycanlı adına iddia edən “hüquq müdafiəçi”ləri, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri, hüquqşünaslar və “ictimai fəallar” ağızlarını açıb, gözlərini döyə-döyə onun moizələrinə qulaq asıblar. Birinin cəsarəti olmur ki, Baydenin öz oğlunu əfv etməsi rüsvayçılığını ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbin başına vursun. Belə bir cəsarət nümunəsinin ortaya qoyulmaması onların bu və digər formada xarici anti-Azərbaycan dairələrindən maddi və mənəvi cəhətdən asılı olmaları ilə bağlıdır. Ümumiyyətlə görünən ondan ibarətdir ki, tez-tez təşkil olunan bu tip görüşlərdə əsas mözvu Azərbaycanın uğurlarına kögə salmaq olub. Bir qədər əvvəl, yəni avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilən görüşdə eyni ilə dekabrın 4-də təşkil edilən və müzakirə olunan məsələlər olub. O zaman səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell yaranmış durumdan ciddi narazılığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. Azərbaycanın dağıdıcı müxalifətindən və siyasiləşmiş QHT-lərindən fərqli olaraq fəal olduğunu və verilən tapşırıqları lazımı formada icra etdiyini bildirib. Qeyd edib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir. Gözükölgəli vəziyyətdə olan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri Mixalkonun mövqeyinin haqlı olduğunu bildirərək, qeyd ediblər ki, Aİ tərəfindən irəli sürülən tələblər aydındır və onların yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacaq.

Mixalko dağıdıcı müxalifəti qarşıdurmalar törətməyə təhrik edir

Dekabrın 4-də keçirilən toplantını bir növ avqustun 12-də təşkil edilən görüşdən ötən müddət ərzində görülən işlərin bir hesabatı hesab etmək olar. Çünki tərəflər hər bir ay, hətta həftələr üzrə baş verənlərə fikri bildirib, mövqe ifadə ediblər. Mixalkonun toplantı iştirakçıları qarşısında yeni vəzifələr qoyub, hədələyici formada “Avropa İttifaqı bu halları izləməyə davam edəcək və növbəti toplantıda görülər, həyata keçirilən işlərə baxış olunacaq”, - deyə bildirməsi vəziyyətin dağıdıcı müxalifət, eləcə də siyasiləşmiş QHT-lər və əlləri xaricilərin cibində olan jurnalistlər üçün ürəkaçan olmadığını göstərir. Əgər fəaliyyətlərində dəyişiklik etməsələr və tapşırıqları icra etməsələr qarant almaqdan məhrum ediləcəklər. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı günlərdə dağıdıcı müxalifət, siyasiləşmiş QHT-lər və özlərini “ictimai fəallar” kimi təqdim edənlər vəziyyətdən çıxmaq və etimadı doğrultmaq üçün hər cür yaramazlığa gedəcək, eləcə də iğtişaşlar törətməyə, şər və böhtanlarla çıxış etməkdən çəkinməyəcəklər.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see224

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri