Pitt yeni sevgilisi ilə görüntüləndi Foto
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb.
Axşam.az xəbər verir ki, cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən “The Albies” mərasimində iştirak edib. Onlar tədbirə Kluniyə dəstək olmaq üçün qatılıblar.
Bred Pitt və İnes de Ramon 2022-ci ilin sonlarından münasibətdədirlər. Cütlük ilk dəfə həmin ilin noyabrında Los-Ancelesdə Bono konsertində birlikdə görüntülənib. Həmin vaxt “People” nəşrinə danışan mənbə onların artıq bir neçə aydır gizli münasibət yaşadıqlarını bildirib.
2024-cü ilin əvvəlində İnes de Ramon aktyorun evinə köçüb. O, Bred Pitti tez-tez ictimai tədbirlərdə də müşayiət edir. Aktyora yaxın mənbələrin sözlərinə görə, İnes Ancelina Coli ilə boşandıqdan sonra yaşanan qalmaqallar fonunda ona böyük dəstək olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Oktyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















