Icma.az
close
up
RU
Piyada keçidi olmayan yerdə qəza Məsuliyyət kimin üzərinə düşür?

Piyada keçidi olmayan yerdə qəza Məsuliyyət kimin üzərinə düşür?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri cəmiyyətdə narahatlıq doğurur və bu kimi hallarda hüquqi məsuliyyət məsələsi geniş müzakirə olunur. Əsas sual isə ondan ibarətdir ki, belə hadisələr hansı hallarda sürücünün cinayət məsuliyyəti ilə qiymətləndirilir və təqsirin sübuta yetirilməsi hansı meyarlar əsasında aparılır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, piyadanın aldığı az ağır, ağır xəsarətlərlə və ya ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri hüquqi baxımdan xüsusilə həssas və ciddi qiymətləndirilən hallardandır. 
"Belə hadisələrdə sürücünün cinayət məsuliyyətinə cəlb olunub-olunmaması bir sıra hüquqi meyarlardan və konkret vəziyyətin təhlilindən asılıdır. Əvvəla, sürücünün cinayət məsuliyyəti daşıması üçün onun hərəkətlərində təqsirin mövcudluğu əsas şərtdir. Təqsir ehtiyatsızlıq formasında, yəni səhlənkarlıq və ya özünə güvənmə şəklində özünü göstərə bilər. Məsələn, sürücü yol hərəkəti qaydalarını pozaraq sürət həddini aşarsa, diqqətsiz davranarsa, piyadaya yol verməzsə və ya nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə idarə edərsə və s. bu hallar cinayət məsuliyyətinə səbəb ola bilər. Əgər bu pozuntular nəticəsində piyadanın az ağır, ağır xəsarət alarsa və ya ölümü baş verərsə, sürücünün əməli cinayət tərkibi yarada bilər".
Vəkil bildirib ki, bununla yanaşı, hər ölüm hadisəsi avtomatik olaraq sürücünün cinayət məsuliyyəti daşıması demək deyil.
"Hadisənin başvermə şəraiti mühüm rol oynayır. Əgər piyada qəfil və gözlənilməz şəkildə yolun hərəkət hissəsinə çıxıbsa, qaranlıq şəraitdə görünməz olubsa və sürücü bütün qaydalara əməl etməsinə baxmayaraq toqquşmanın qarşısını ala bilməyibsə, bu zaman sürücünün təqsiri olmaya bilər. Belə hallarda hadisə bədbəxt hadisə kimi qiymətləndirilə bilər. Belə işlərdə təqsirin sübuta yetirilməsi kompleks şəkildə aparılır. İstintaq orqanları hadisə yerinə baxış keçirir, izləri toplayır, nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanması və müxtəlif digər ekspertizalar təyin edir. Avtotexniki ekspertiza sürücünün konkret vəziyyətdə qəzanın qarşısını alıb-almadığını müəyyən etməyə kömək edir. Məhkəmə-tibbi ekspertiza isə piyadanın ölüm səbəbini və zədələrin xarakterini araşdırır. Bundan əlavə, şahid ifadələri, müşahidə kameralarının görüntüləri, yol şəraiti və hava vəziyyəti kimi amillər də sübut kimi qiymətləndirilir".
Onun sözlərinə görə, əgər sürücü təqsirləndirilən şəxs qismində cəlb olunaraq cinayət işi məhkəməyə göndərilərsə, cinayət işinin materiallarında olan, eləcə də məhkəmə istintaqı zamanı təqdim olunan bütün sübutlar məhkəmə tərəfindən hərtərəfli və obyektiv şəkildə araşdırılır. 
"Yalnız sürücünün yol hərəkəti qaydalarını pozduğu və bu pozuntunun birbaşa olaraq piyadanın az ağır və ağır xəsarət almasına və ya ölümünə səbəb olduğu sübuta yetirildikdə, o, cinayət məsuliyyətinə cəlb olunur. Beləliklə, bu kateqoriyadan olan işlərdə əsas prinsip ədalətli araşdırma və təqsirin dəqiq müəyyən edilməsidir. Onu da qeyd etmək lazımdır ki, yol-nəqliyyat hadisəsi törətmiş təqsirləndirilən şəxslər üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində kifayət qədər ağır cəzalar nəzərdə tutulmuşdur".
Elvin Əliyev qeyd edib ki, sürücü yalnız yol hərəkəti qaydalarını pozduğu və bu pozuntunun birbaşa ağır nəticəyə səbəb olduğu təsdiqləndikdə məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu növ cinayətlərə görə kifayət qədər ağır cəzalar müəyyən edilib.
Yəni, piyada vurulması hadisələrində sürücünün cəzalandırılması üçün onun konkret qayda pozuntusuna yol verməsi və qəzadan yayınmaq imkanının olması mütləq sübuta yetirilməlidir.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri