Piyada keçidi, yoxsa ölüm zolağı? VİDEO
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hər il piyadavurmalarla bağlı çoxsaylı yol-nəqliyyat hadisələrinin şahidi oluruq.
"Ölkə.az" bildirir ki, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu məhz piyadavurmalar təşkil edir. Bu hadisələrin səbəbləri araşdırılır və onların qarşısının alınması üçün müvafiq tədbirlər görülür.
Bəs piyadavurma hadisələrində təqsirkar kimdir?
Son dövrlər respublika ərazisində, xüsusilə də paytaxtda eyni səviyyəli, nizamlanmayan piyada keçidlərinə nəzarət gücləndirilib. Əvvəllər bu nəzarət əsasən polis əməkdaşları tərəfindən həyata keçirilirdisə, hazırda vəziyyət dəyişib.
Artıq bütün istiqamətlər üzrə quraşdırılmış texniki vasitələr 24 saat fasiləsiz müşahidə aparır. Məqsəd yol hərəkəti təhlükəsizliyini təmin etmək və baş verə biləcək qəzaların qarşısını almaqdır. Lakin təəssüf ki, bu qaydalara məhəl qoymayan sürücülər də az deyil. Belə hallara paytaxtın bir çox ərazilərində rast gəlinir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov İctimai TV-yə açıqlamasında bildirib ki, paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarında bu cür hallara tez-tez rast gəlinir:
"Kameraların olmadığı piyada keçidlərində sürücülər yol hərəkəti qaydalarını pozaraq insanlar üçün ciddi təhlükə yaradırlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Fevral 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















