Piyada zolaqlarında süni intellekt əsaslı nəzarət sistemləri effektiv ola bilərmi?
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Piyada zolaqlarında süni intellekt əsaslı nəzarət sistemləri effektiv ola bilərmi?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, süni intellekt əsaslı sistemlər şəhərimizdə işıqforların və piyadalarla bağlı nəzarətin optimallaşdırılmasında istifadə oluna bilər. Onun sözlərinə görə, şəhərimizdə işıqforların sayı artırılmalı və onların idarəetməsi süni intellekt vasitəsilə təkmilləşdirilməlidir ki, bu da dövrün tələblərinə cavab verir.
“Piyadalara münasibətdə əsas məsələ infrastruktur həlləridir və bu, dövlət proqramlarında da əksini tapıb, xüsusən 2025–2030-cu illər üçün nəzərdə tutulan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmiləşdirilməsinə dair Dövlət Proqramı”nda. Bu il Bakıda Ümumdünya Şəhərsalma Forumu keçiriləcək və düşünürəm ki, bu məsələlər təxirə salınmadan həllini tapmalıdır. Piyada infrastrukturu mürəkkəb bir sistem deyil və nəzərdə tutulmuş həllər sürətlə həyata keçirilə bilər. Şəhərdə müasir piyada infrastrukturu formalaşdıqca, bütün dünya şəhərlərində müşahidə olunan tendensiya burada da nəzərə çarpacaq: insanlar daha çox qısa məsafələri piyada gedəcək”, - deyə R.Ağamirzəyev qeyd edib.
Ekspert əlavə edib ki, təkcə səkinin abadlaşdırılması kifayət deyil: “Qısa keçidlər, kompakt piyada marşrutları və önündəki bütün baryerlərin aradan qaldırılması, piyadaların üstünlüyünü təmin etməklə şəhərdə mobilliyin keyfiyyətli transformasiyasına nail olmaq mümkündür”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 28 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















