Piyadakeçidinə sürətlə gələn sürücü zəncirvari qəza törətdi VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edərək piyada keçidlərinə yaxınlaşarkən daha diqqətli olmağa çağırıb.
Mərkəzdən bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların həyatının qorunması məqsədilə sürücülər piyada keçidlərinə yaxınlaşarkən bir sıra vacib qaydalara ciddi əməl etməlidirlər.
NİİM-in tövsiyələrinə əsasən, sürücülər ilk növbədə yol nişanlarına diqqət yetirməli, piyadaların keçidə yaxınlaşdığını gördükdə sürət həddini azaltmalı, sərt əyləcdən istifadədən çəkinməli, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsini saxlamalı, zərurət yarandıqda isə dayanaraq piyadalara yol verməlidirlər.
Mərkəz vurğulayıb ki, bu qaydalara hər bir sürücünün əməl etməsi vacibdir. Əks halda, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 30 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















