Piyadaları təhlükəyə atan nişan: Avtobuslar niyə yolun ortasında dayanır? VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın Mikayıl Müşfiq küçəsində vətəndaşların qarşılaşdığı problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Nəriman Nərimanov heykəli tərəfdən yuxarı qalxan avtomobillər sağdakı piyada keçidi ilə bağlı nişanı görmürlər. Bu isə əlavə risk yaradır.
Bildirilib ki, yolda piyada keçidinin mövcudluğunu bildirən nişanın görünməməsi, avtobuslara dayanacağa yaxınlaşmaq üçün şərait olduğu halda ortada durmasına icazə verilməsi və bu kimi vəziyyətlərdən doğan risklər hərəkətin təhlükəsiz təşkilinə mane olur.
Diqqətə çatdırılıb ki, sözügedən ərazidə dayanacaq pavilyonu ilə piyada keçidi arasında qısa məsafə var.
Qanuna əsasən, digər nəqliyyat vasitələrinin dayanacağın 15 metr sağ və solunda dayanmasına görə cərimə var.
Bu isə o deməkdir ki, avtobus dayanacağın 15 metr irəlisində və gerisində dayana bilər. Nəticədə, sol zolaqdakılar yolu keçməkdə olan piyadanı görməyəcəklər. Əlavə olunub ki, ağacın nişanın qarşısını kəsməsi piyadaları risk altına qoyur.
Əgər yolda piyada olsa, sürücü məcburdur ki, qəzadan yayınmaq üçün ya sağa, ya da əks yola çıxsın.
Ətraflı Baku TV-nin süjetində:
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:73
Baxış sayı:73 Bu xəbər 06 Noyabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 06 Noyabr 2024 00:00 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















