Icma.az
close
up
RU
Piyadanı vuran “Azəriqaz”ın direktor müavini kimdir? DOSYE

Piyadanı vuran “Azəriqaz”ın direktor müavini kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi "Mercedes" markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Belə ki, qəzanı törədən Nail Abdullayev "Azəriqaz" İstehsalat Birliyin baş direktorun müşaviridir. Azxeber.com xəbər verir ki, Nail Abdullayev "Azəriqaz"da transformasiya layihəsinə rəhbərlik edirmiş.  2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində "Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.

seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri