Icma.az
close
up
RU
Piylənmənin qarşısını necə alq? Uşaqlar üçün 7 sadə qayda

Piylənmənin qarşısını necə alq? Uşaqlar üçün 7 sadə qayda

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Valideynlər arasında "uşaq nə qədər kökdürsə, o qədər sağlamdır" düşüncəsinin yanlış olduğu artıq qəbul olunur. Statistikalar göstərir ki, bu düşüncə tərzi və dəyişən həyat tərzi uşaqlarda piylənmənin sürətlə yayılmasına səbəb olur.

Pravda.az bildirir ki, bu gün dünyada yüz minlərlə uşaq piylənmə və onun törətdiyi xəstəliklərlə mübarizə aparır.

Piylənmə nədir?

Piylənmə - bədənin yağ kütləsinin normadan artıq olması və boy nisbətinə görə çəkinin həddindən artıq artması ilə xarakterizə olunur. Orqanizmdə enerji sərfiyyatından çox enerji qəbul edildikdə bu hal baş verir. Piylənmə, uşaqların həm fiziki, həm də zehni inkişafına mənfi təsir göstərdiyindən, vaxtında müalicə vacibdir. Əgər uşağınızın çəkisi normadan artıqdırsa, mütləq mütəxəssisə müraciət edilməlidir.

Ekran asılılığı: Uşaqlar hərəkətsiz qalır

Günümüzdə 2 yaşlı uşağın belə planşet və ya telefonla vaxt keçirməsi adi hala çevrilib. Bu isə fiziki aktivliyin azalması ilə nəticələnir. Hərəkətsiz qalan uşaqlar qəbul etdikləri enerjini sərf edə bilmədikləri üçün artıq çəki almağa başlayır, bu isə piylənməyə yol açır.

“Fast food”mükafat deyil, təhlükədir

Piylənmənin artmasında dəyişən qidalanma vərdişlərinin də rolu böyükdür. Sürətli qidalar, qablaşdırılmış məhsullar və abur-cubur yeməklər uşaqlar üçün təhlükə mənbəyidir. Valideynlərin bu məhsulları mükafat olaraq təqdim etməsi isə problemi daha da ağırlaşdırır. Yemək saatlarının nizamsızlığı və yüksək kalorili, yağlı qidaların tez-tez qəbulu piylənmə riskini artırır.

Genetik və hormonal faktorlar da rol oynayır

Əgər uşağın həm anası, həm də atası piylidirsə, uşağın piylənmə ehtimalı 80%-ə qədər yüksəlir. Hər iki valideyndən yalnız biri piylidirsə, bu risk 40%-ə enir. Bununla yanaşı, qalxanvari vəzi və böyrəküstü vəzilərlə bağlı hormonal pozğunluqlar da piylənməyə səbəb ola bilər.

Şəkər xəstəliyi və erkən ərgənlik riski artır

Piylənmə, xüsusilə insulin müqavimətinə səbəb olaraq, uşaqlarda erkən yaşda şəkər xəstəliyinin inkişafına səbəb ola bilər. Bundan əlavə, piylənmə uşaqlarda erkən və ya gecikmiş ərgənlik problemlərinə də yol açır. Xüsusilə qız uşaqlarında menstruasiya dövrü pozula bilər.

Uşaqlarda piylənmənin müalicəsi necə aparılır?

Uşaqlarda piylənmənin müalicəsində dərman və ya cərrahi üsullar tətbiq edilmir. Əvvəlcə analizlər aparılır və uyğun pəhriz-fiziki aktivlik planı hazırlanır.

Piylənmənin qarşısını necə almaq olar?

“Fast food” və hazır qidalardan uzaq durulmalıdır

Uşaq aktivliyə təşviq edilməlidir

Maraqlarına uyğun idman növü ilə məşğul olması təmin olunmalıdır

Televizor və telefon istifadəsi məhdudlaşdırılmalıdır

Yeməklər nizamlı və balanslı şəkildə aparılmalıdır

Şəkərli və qazlı içkilərdən uzaq durulmalıdır

Tərəvəz və meyvə istehlakı vərdişə çevrilməlidir

Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see227

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see147

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see136

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see130

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see130

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see127

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see124

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see121

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see118

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see117

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see117

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see116

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see115

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see115

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see115

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri