Icma.az
close
up
RU
Piylənməninin ağır fəsadları

Piylənməninin ağır fəsadları

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Piylənmə uzun illərdir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xəstəlik kimi təsnif edilir. Lakin bu təsnifatın nə dərəcədə adekvat olduğu ilə bağlı elmi müzakirələr davam edir. Qlobal sağlamlıq ekspertləri piylənmənin diaqnostik meyarlarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar. Xüsusilə, bədən kütləsi indeksinin (BMI) piylənmənin yeganə göstəricisi kimi istifadəsinin qeyri-dəqiqliyi diqqət mərkəzinə çəkilir. “The Lancet Diabetes & Endocrinology” jurnalında dərc olunan hesabatda 60-a yaxın mütəxəssis piylənmənin yeni klinik tərifini və diaqnostik meyarlarını irəli sürüb.

News24.az “Science News” saytına istinadla xəbər verir ki, tədqiqatçılar piylənməni “artıq bədən yağının insanın toxumalarına, orqanlarına və ya gündəlik funksional fəaliyyətinə zərər verdiyi xəstəlik” kimi müəyyən edirlər. Bununla yanaşı, yeni konsepsiya preklinik piylənmə anlayışını da təqdim edir. Bu termin artıq bədən yağının hələ orqanlara və toxumalara təsir etmədiyi, lakin diabet, bəzi xərçəng növləri və digər xəstəliklərin inkişaf riskini artırdığı hallara aiddir.

London Kral Kollecinin piylənmə üzrə tədqiqatçısı Françesko Rubino yeni yanaşmanın vacibliyini vurğulayıb: “Biz fundamental dəyişikliyə çağırırıq. Dünyada təxminən 1 milyard insan piylənmədən əziyyət çəkir və bu problemin diaqnostikasındakı qeyri-dəqiqlikləri görməmək mümkün deyil”.

Hazırda həkimlər piylənməni BMI göstəricisinə əsasən müəyyən edirlər. ÜST-ün təsnifatına görə, BMI göstəricisi 30 və ya daha yüksək olan insanlar piylənmə kateqoriyasına aid edilir (Asiya əhalisi üçün bu hədd 27,5-dir). Lakin BMI bədən yağının paylanmasını və ya sağlamlığa təsirini əks etdirmir. Yeni hesabatda qeyd olunur ki, BMI təkbaşına piylənmənin diaqnostikası üçün kifayət deyil. Bunun əvəzinə bel ətrafı, bel-aşağı hissə nisbəti və ya bel-boy nisbəti kimi göstəricilərin də nəzərə alınması tövsiyə olunur. Xüsusilə, qarın hissəsində toplanan piylər mühüm orqanlar üçün daha böyük risk daşıya bilər. Bununla yanaşı, bədən quruluşunun skan edilməsi və yağ kütləsinin birbaşa ölçülməsi də alternativ diaqnostik metodlar kimi irəli sürülür. Bundan əlavə, klinik piylənmə diaqnozu üçün yalnız bədən ölçüləri deyil, həm də orqan və toxuma disfunksiyası əlamətləri nəzərə alınmalıdır. Mütəxəssislər böyüklər üçün 18, uşaq və yeniyetmələr üçün isə 13 simptom müəyyən ediblər. Bu simptomlar arasında yuxu apnesi, yüksək qan təzyiqi, diz ağrısı və gündəlik fəaliyyətlərdə çətinliklər xüsusi vurğulanır.

Piylənmə üzrə tədqiqatçı Fransisko Lopez-Jimenez yeni diaqnostik yanaşmanın klinisyenlərə müalicədən ən çox fayda görəcək insanları müəyyənləşdirməyə kömək edəcəyini bildirir. Xüsusilə, piylənməyə qarşı GLP-1 tipli dərmanlar, bariatrik cərrahiyyə və həyat tərzi dəyişikliklərinin yüksək maliyyə yükü nəzərə alındıqda, daha dəqiq diaqnostikanın əhəmiyyəti artır. F.Lopez-Jimenez piylənmənin preklinik mərhələsinin necə qəbul olunacağı ilə bağlı narahatlığını ifadə edir. O bildirir ki, əgər preklinik piylənmə diaqnozu həmin şəxslərə daha az tibbi müdaxilə edilməsinə səbəb olarsa, bu, ciddi səhiyyə problemlərinə yol aça bilər: “Bir vəziyyəti preklinik adlandırdığımız zaman ehtiyatlı olmalıyıq. Əgər bu, daha az diqqətə və nəticə etibarilə daha az müalicəyə səbəb olarsa, narahatlıq doğuracaq bir hal olar”.

Boston Massaçusets Ümumi Xəstəxanasında və Harvard Tibb Məktəbində piylənmə üzrə mütəxəssis Fatima Kody Stanford isə preklinik piylənmənin səhiyyə sığorta sistemində necə qarşılanacağı ilə bağlı çətinliklər ola biləcəyini vurğulayır. O qeyd edir ki, əvvəllər bu anlayış rəsmi olaraq tanınmırdı, lakin yeni yanaşma piylənmənin erkən mərhələdə idarə olunmasına kömək edə bilər. Yeni diaqnostik yanaşmaların klinik praktikada tətbiq edilib-edilməyəcəyi hələ ki, səhiyyə sistemlərinin və fərdi həkimlərin qərarına bağlıdır. Bununla belə, qlobal perspektivlər və piylənmənin daha dəqiq diaqnostikasına olan artan maraq bu dəyişikliklərin qəbul olunmasını təşviq edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Fevral 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri