Icma.az
close
up
RU
PKK Öcalanı lider kimi qəbul etməyəcək, çağırış etsə belə... ŞƏRH

PKK Öcalanı lider kimi qəbul etməyəcək, çağırış etsə belə... ŞƏRH

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

PKK terror təşkilatının lideri Abdullah Öcalanın təşkilatı silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir.

Bu barədə Türkiyənin müxalif Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) həmsədri Tülay Hatimoğulları məlumat verib.

Maraqlıdır, PKK Öcalanın çağırışı ilə tərkisilah olacaqmı? İllərdir həbsxanada olan Öcalanın azadlığa çıxma ehtimalı nə qədərdir? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Türkiyənin Suriyada öz profilini yüksəltdikdən və Yaxın Şərqdə portfelini siyasi aktivlərlə doldurdurmasından sonra Abdullah Öcalanın azadlığa buraxılma çağırışları diqqət çəkməkdədir: 

“Türkiyə Yaxın Şərq regionunda özünə qarşı formalaşdırılmış silahlı və siyasi kürd koalisiyasının tənzimlənməsi və yaxud da kürdlərin silahlı mübarizəsinə son qoyulmasını prioritet kimi öz xarici siyasətinin mərkəzinə gətirir. Türkiyə regionda problemli məsələlərin qalmasında maraqlı deyil. Buna görə də Öcalanın azadlığa buraxılması birinci növbədə Türkiyənin sabitliyi və təhlükəsizliyi baxımından əhəmiyyətə malik bir bəyanat kimi diqqət çəkir.

Digər tərəfdən isə Öcalan azadlığa buraxılsa, PKK-nın Suriya və İraqdakı qanadı həmin şəxsi lider kimi qəbul etməyəcək. Belə olacağı təqdirdə, Türkiyə dövləti öz koordinasiyası altında Öcalanı Suriya və İraqdakı kürd koalisiyasına qarşı ayaqlandırmaqla yeni nəticələr əldə etməyə çalışacaq”.  A.Kərimovun sözlərinə görə, Abdullah Öcalanın azadlığa buraxılması zaman-zaman gündəmə gəlsə də, bu məsələ reallaşmamış qalır:  “Hərçənd görünür ki, Öcalan fiquru hələ də Türkiyənin gələcək mübarizə strategiyası üçün faktor olaraq qalmaqdadır. Bununla belə, danışıqlar elə bir əhəmiyyət vermədiyindən Öcalanın azadlığa buraxılması indi üçün öz aktuallığını bir qədər itirmiş sayıla bilər. Yaxın perspektivdə isə bu məsələlər yenidən gündəmə gələcək və o, azadlığa buraxılarsa, Türkiyə öz strategiyasını yenidən müəyyənləşdirərək Yaxın Şərq regionunda öz hegemoniyasını gücləndirəcək”.

  Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri