Icma.az
close
up
RU
PKK özünü niyə ləğv etdi? Yalçın Sarıkaya ın suallarını cavablandırıb

PKK özünü niyə ləğv etdi? Yalçın Sarıkaya ın suallarını cavablandırıb

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

PKK-nın özünü ləğv etməsi xəbəri gündəmi zəbt etdi və çoxlu suallar doğurdu.

Bəs PKK fəaliyyətini niyə dayandırdı? Bundan sonrakı proseslər necə cərəyan edəcək?

Oxu.Az bu suallarla Giresun Universiteti Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, professor Yalçın Sarıkayaya müraciət edib:

- PKK-nın özünü ləğv etməsi necə dəyərləndirilməlidir?

- Konkret nəticəyə baxdıqda PKK-nın özünü ləğv etməsi bu adda bir təşkilatın mövcud olmayacağı anlamına gəlir. Beləliklə, təşkilatın simvollarının, təsisatlarının da tamamilə ləğv olunacağı gözlənilir.

- Bəs PKK bundan sonra fərqli adlarla və strukturlarla yenidən ortaya çıxa bilərmi?

- PKK-nın səbəb kimi irəli sürdüyü məsələlərdən sui-istifadə edərək başqa terror təşkilatlarının da meydana çıxması, şübhəsiz ki, mümkündür. Ancaq onun qurucusunun ağzından silah və zorakılıqla məqsədə çata bilməyəcəyini təsdiqləyən ifadələrin çıxması və özünü ləğv etmək qərarı verməsindən sonra yenidən kiminsə silaha ət atması böyük risklər yaradacaq.

Unutmaq olmaz ki, 2009-cu ildə başlanılan və 2013-cü ildə həyata keçirilən, lakin böyük bir fiasko ilə nəticələnən, "açılım prosesi" kimi ictimaiyyətə məlum olan prosesin nəticəsi ağır oldu, Türkiyə 2016-cı ildən sonra həm ölkə daxilində, həm də xaricində keçirilən əməliyyatlarda minə yaxın təhlükəsizlik işçisini itirdi. Lakin dövlət barışmaz və qətiyyətli antiterror siyasəti ilə təşkilatı bir neçə il ərzində Türkiyə sərhədləri daxilində təsirsiz hala gətirdi, təşkilat əməliyyat keçirmək potensialından məhrum oldu.

Suriyanın Türkiyə ilə həmsərhəd bölgəsində həyata keçirilən üç böyük əməliyyatla həm PKK, həm də İŞİD-in hərəkət meydanı daraltdı, birbaşa Türkiyənin nəzarətində olan ərazilər yaradıldı, PKK-nın Suriya qolu olan və SDQ adı ilə kamuflyaj edilən təşkilat Suriyada qazandığı uğurlarının əhəmiyyətli hissəsini itirdi. Türkiyə dövlət olaraq ödədiyi bütün ağır itkilərə rəğmən, nəyin bahasına olursa-olsun bu təşkilata güzəştə getməyəcəyini, onların yaratdıqları şiddət və qorxu şəraiti qarşısında geriyə addım atmayacağını nümayiş etdirdi. Əgər bundan sonra da müxtəlif adlar altında terroru davam etdirmək istəyənlər varsa, bilməlidirlər ki, terrorla mübarizədə dünyanın ən təcrübəli dövlətlərindən birinə qarşı sıfırdan hansısa fəaliyyətə başlamaq böyük risklə qarşı-qarşıya qalmaq deməkdir.

- Bu prosesin sonunda terror təşkilatının Suriya və İraqdakı qolları fəaliyyətini tam dayandıracaqmı?

- Bu iki dövlətdə PKK-nın mövcudluğunun mahiyyəti və fəaliyyət formaları bir-birindən fərqlidir. Bu, əsasən, Suriya və İraqın coğrafi, iqtisadi, mədəni, siyasi vəziyyətlərindən irəli gələn fərqdir. Təşkilat Türkiyə sərhədindən Süleymaniyyənin (İraq ərazisi - red.) cənubuna qədər ərazidə mövcud olsa da, eyni gücdə və formada əməliyyatlar keçirə bilmir. Türkiyə İraq hökumətini və İraq Kürdüstan Regional Hökumətini məlumatlandıraraq, onların razılığı ilə İraq sərhədləri daxilində hərbi varlığını saxlayır. Terrorla mübarizədə həm İraqın mərkəzi hökuməti, həm də İraq Kürdüstan Regional Hökuməti ilə rəsmi əməkdaşlıq mövcuddur. Burada zaman-zaman axsamalar, bəzi kənar təsirlər nəticəsində fasilələr yaransa da, işbirliyinə dair ana xətt qorunub.

PKK son bir neçə ildə İraqın dağlıq bölgələrində də böyük hərbi çətinliklər yaşayır. Türkiyə təhlükəsizlik qüvvələri ölkə sərhədlərindən Kifriyə qədər (İraqın şərqində yerləşir - red.) ərazidə PUA-lar vasitəsilə əməliyyatlar aparır. Dağlıq bölgədəki düşərgələrin əksəriyyəti dağıdılıb. Mübarizə illərində silah-sursatının böyük hissəsini itirən terror təşkilatı əsas hücum vasitəsi kimi əldəqayırma partlayıcılardan istifadə etməli olur.

Suriyada isə tamamilə fərqli vəziyyətdir. Burada ABŞ-nin və digər aktorların dəstəklədiyi PKK-dan söhbət gedir. Lakin bu bölgədə onlar üçün böyük bir mənfi cəhət var, SDQ (PKK-nın Suriya qolu) terror təşkilatının təşəbbüsünə buraxılan ərazi etno-demoqrafik baxımdan təşkilat üçün əlverişsizdir, belə ki, əhalinin ən azı 70%-ni ərəblər təşkil edir. Bundan əlavə, 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd iqtidarının süqutundan sonra terror təşkilatı Fəratın qərbindəki Tel-Rifatdan, Hələbin şimalındakı bəzi məhəllələrdən, daha sonra isə Fəratın şərqindəki bəzi ərazilərdən geri çəkilməli olub. Burada baş verən toqquşmalarda təşkilat yüzlərlə üzvünü itirib. Ancaq nə Türkiyə, nə də Suriyadakı yeni hökumət ordusu onlara qarşı qurudan geniş hücum əməliyyatı keçirdilər. Görünən odur ki, Türkiyə terror təşkilatının dinc əhalidən qalxan kimi istifadə edəcəyini, mümkün hücumları dinc əhalinin qətliamı kimi təqdim edərək Türkiyəyə qarşı dezinformasiya siyasətini yeridəcəyini əvvəlcədən görür. Suriyadan ordusunu geri çəkmək istədiyini bəyan etmiş Donald Trampın seçkidə qalib gəlməsi də Türkiyənin nəzərə almalı olduğu məqamdır.

- Terror təşkilatını yaradan və illərlə qidalandıran böyük dövlətlərin baş verənlərə reaksiyası necə olacaq?

- PKK qurulduğu gündən bu yana Şərqdən və Qərbdən bir çox dövlətlər tərəfindən müxtəlif vasitələrlə dəstəklənən bir təşkilatdır. Təşkilatın qurucusu Abdullah Öcalan dindirmə və məhkəmə zamanı bu məsələləri dilinə gətirib və həmin ifadələr bu gün də açıq mənbələrdə mövcuddur. Bunların arasında Yunanıstan, Ermənistan, keçmiş SSRİ, Rusiya Federasiyası, İran, ABŞ, Belçika, Danimarka, Almaniya, Fransa, İsveç, İsrail kimi dövlətlər var. Hətta PKK-nı rəsmi olaraq terror təşkilatı kimi qəbul edənlər də müxtəlif dövrlərdə təşkilata dəstək verməyə və Türkiyəyə qarşı bir alət kimi saxlamağa çalışıblar. Bu dövlətlərin bəziləri baş verən son hadisələri narahatlıqla izləyir. Elə dövlətlər var ki, Türkiyə üçün məsələnin tamamilə həll olunmasını heç vaxt istəməzlər. Bu dövlətlərin təşkilatın dağılması ilə yaranan boşluğu yeni silahlı təşkilatlar yaratmaqla dolduracaqları, yoxsa siyasi hərəkatı başqa vasitələrlə dəstəkləyəcəkləri bəlli deyil. Məncə, onların ikinci variantı seçmə ehtimalı daha yüksəkdir. Bunlar siyasi və iqtisadi təsir alətləridir. Bu səbəbdən də Türkiyə üçün PKK məsələsi bitmiş ola bilər, lakin separatçı terrorçuluq nəzarət altında saxlanılmalı olan risk sahəsi olaraq qalacaq.

- Əgər proses uğurla başa çatarsa, bunun Türkiyənin daxili və xarici siyasətində hansı nəticələri olacaq?

- Təşkilat dünən (12 may 2025-ci il) özünü ləğv etdiyini rəsmən elan etdi. Bu ləğvetmə qərarı ilə eyni vaxtda DEM partiyasının bəzi rəsmiləri dövlətin bəzi hüquqi tənzimləmələrlə bağlı addımlar atmasını gözlədiklərini açıqlayıblar. Bundan əlavə, təşkilatın Avropadakı bəzi keçmiş və indiki rəhbərləri Türkiyədən güzəşt gözlədiklərini deyiblər. Hökumət rəsmiləri isə açıq bəyanatlar verərək vurğulayıblar ki, danışıqlarda heç bir güzəştdən söhbət gedə bilməz. Türkiyə dövləti unitar quruluşu kimi müəyyən "qırmızı xət"lərə xələl gətirmədən, rəsmi dil və təhsil dili ilə bağlı heç bir tələbi müzakirə etmədən prosesi başa çatdırarsa, zorakılıqla nəticə əldə etmək cəhdləri tamamilə iflasa uğrayacaq və əzablarla dolu bir dövr geridə qalacaq.

Türkiyədə vicdanı olan hər kəs PKK-nın tamamilə ləğv edilməsindən ancaq məmnun olar. Eyni zamanda, Türkiyə xarici siyasətdə bu kartın ona qarşı istifadə edilməsi ehtimalını əngəlləmiş olacaq. Hökumət terrorla mübarizəyə ayrılan dövlət resurslarının əhəmiyyətli bir hissəsinə qənaət etmiş olar. Suriya və İraq kürdlərin təşkilatı qidalandırdığı ideoloji, kəşfiyyat və siyasi imkanları aradan qaldırılarsa, bu bölgələrdə iqtisadi və sosial inkişaf sürətlənə bilər. Eyni zamanda, Türkiyənin "Bir kəmər, bir yol" layihəsi xaricində siyasi manevr imkanları da genişlənəcək.

Söhrab İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see163

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see136

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see128

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri