Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

PKK silahı yerə qoyur: 40 illik terrorun sonu? TƏHLİL

PKK silahı yerə qoyur: 40 illik terrorun sonu? TƏHLİL

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il mayın 12-də PKK-nın verdiyi bəyanat – təşkilatın fəaliyyətinə son qoyduğunu və strukturunu buraxdığını elan etməsi regionda uzun illər davam edən münaqişə fonunda əhəmiyyətli rezonans doğurub.
PKK-nın yaydığı açıqlamada təşkilatın silahlı fəaliyyətlərinə son verildiyi və “mübarizənin başqa formalarla davam etdirilməsinin məqsədəuyğun olmadığı” qeyd olunur. Bu, təşkilat tarixində nadir görülən bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqlar prosesi çərçivəsində oxşar açıqlamaların verildiyi, lakin nəticə vermədiyi də unudulmamalıdır.

PKK-nın strukturunu buraxması: Ankara ehtiyatla yanaşır

Artıq rəsmi Ankaradan bəyanatla bağlı açıqlamalar verilib. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanda açıqlamalarında PKK-nın özünü buraxma qərarının “Terrorsuz Türkiyə” prosesi üçün mühüm addım kimi qiymətləndiriblər.

Bununla belə, həm Türkiyə mətbuatında, həm də təhlükəsizlik dairələrində mövzu ciddi şəkildə müzakirə olunur. Türkiyə uzun illərdir PKK-nın ölkə daxilində və sərhədyanı bölgələrdə həyata keçirdiyi terror hücumlarından əziyyət çəkib. Bu səbəbdən də Ankara PKK-nın hər hansı bəyanatına və dəyişiklik cəhdlərinə ehtiyatla yanaşır.

Türkiyə üçün əsas məsələ yalnız bəyanatın verilməsi deyil, onun praktik nəticələridir. Yəni, təşkilatın silahı buraxması, sərhədyanı bölgələrdəki varlığına son qoyması və əlaqəli qrupların da bu qərara tabe olması çox vacibdir. Xüsusilə Suriyanın şimalında fəaliyyət göstərən YPG və digər strukturların gələcək mövqeyi diqqətlə izlənir.

PKK-nın özünü buraxdığını açıqlaması ümidverici başlanğıc sayıla bilər, lakin bu bəyanatın real təsirini qiymətləndirmək üçün zaman və ciddi müşahidə vacibdir. Türkiyə kimi terrorla mübarizədə böyük təcrübəyə malik ölkənin bu məsələyə ehtiyatla yanaşması, bölgədəki sabitliyin qorunması baxımından anlaşılandır. Bu hadisə əgər ardıcıl və səmimi addımlarla dəstəklənərsə, regionda daha dinc və təhlükəsiz bir gələcəyin qurulması üçün imkanlar yarada bilər.

PKK terrorunun qanli izi

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə minlərlə günahsız insanın həyatına son qoyub. Silahlı hücumlar, xain pusqular, mina tələləri, intihar hücumları və raket atışları ilə kəndlilərdən dövlət məmurlarına, qadınlardan uşaqlara qədər geniş bir hədəf qrupu seçən təşkilat uzun illərdir bölgədə sabitliyə və birlik çağırışlarına qarşı çıxış edib. Rəsmi məlumatlara görə, PKK-nın səbəb olduğu hücumlarda 40 mindən çox insan həyatını itirib. Təşkilat təkcə hərbi hədəflərlə kifayətlənməyib, məktəbləri, xəstəxanaları, mülki nəqliyyat vasitələrini də hədəf alıb.

Gəncləri zorla silahlandırması və kəndlərdə məcburi köçlərə səbəb olması da beynəlxalq insan hüquqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub. PKK-nın fəaliyyəti həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin açıq nümunəsi kimi tanınıb. Onun törətdiyi cinayətlər təkcə bir ölkəyə deyil, bütövlükdə regional təhlükəsizliyə və insan haqlarına təhdiddir.

PKK-nın ləğvi vaxt alacaq

Türk siyasi ekspert Alihan Limoncuoğlu APA-ya açıqlamasında PKK terror təşkilatının özünü ləğv etməsinin Türkiyə siyasətinə dərindən təsir edəcəyini bildirib.

O qeyd edib ki, burada ən vacib amil ləğv prosesinin hansı şəkildə davam edəcəyidir: “Bu mövzuda konkret bir şey demək üçün hələ tezdir, gözləmək lazımdır, lakin siyasətə dərindən təsir edəcəyi dəqiqdir. Ləğv prosesi terror təşkilatının silahlarını təhvil etmələri, üzvlərinin bir qisminin Türkiyəyə təhvil verilməsi, bir qisminin isə başqa ölkələrə göndərilməsi, İraqda işğal etdikləri əraziləri tərk etmələri kimi addımlardan ibarət olacaq. Burada nə qədər səmimi olduqlarını zaman göstərəcək, amma nəticə etibarilə bu bir terror təşkilatıdır”.

A. Limoncuoğlunun sözlərinə görə, PKK-nın silahları kimə və hansı şəkildə təhvil edəcəyi xüsusi ilə vacib məsələdir. Digər tərəfdən isə, terrorçuların İran və Suriyaya, onlara bağlı olan qruplaşmalara qoşulmamaları üçün də işlərin görülməsi lazımdır.

PKK-nın ləğvi yeni tarixi mərhələnin başlanğıcıdır

DEM Partiya isə PKK terror təşkilatının ləğvini tarix qərar sayır.

Partiyasının sözçüsü Ayşegül Doğan qeyd edib ki, bu, son 50 ildə dərin ictimai yaralar yaradan problemin həllində yeni bir səhifənin açılması deməkdir.

“PKK qurultay qərarlarını açıqlayıb, ləğv qərarını açıqlayıb. Bu qərarın tarixi əhəmiyyətini vurğulayırıq. Bu, sadəcə, ləğv prosesi deyil, hər kəsi yeni bir quruluş və dəyişikliyə dəvət edir. DEM partiyası olaraq bu qərarın son dərəcə əhəmiyyətli olduğunu vurğulayırıq ki, bütün bunlara əlavə olaraq, biz də yeni bir tarix yazmağa can atırıq”, - deyə o vurğulayıb.

A. Doğan ləğv prosesinin qorunmasının zəruri olduğunu əlavə edərək, partiya olaraq bu istiqamətdə üzərinə düşən məsuliyyəti dərk ediktlərini də bildirib: “İnanırıq ki, qarşıdakı dövrlərdə görəcəyimiz bütün işlər dinc həyata zəmin daha da möhkəmlənəcək. Bu gün açıqlanan qərarların hamımıza, xüsusən də analara, uşaqlara, gənclərə, gələcək nəsillərə xeyir gətirəcəyinə ürəkdən inanırıq”.

Faiq Mahmudov

Tural Əsəd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri