Icma.az
close
up
RU
Plastik cərrahiyyədən narazılıqlar dayanmır: Pasiyent həkimi necə seçsin? AÇIQLAMA

Plastik cərrahiyyədən narazılıqlar dayanmır: Pasiyent həkimi necə seçsin? AÇIQLAMA

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün plastik cərrahiyyə sahəsində narazılıqlar artıq istisna deyil, demək olar ki, gündəlik müzakirə mövzusuna çevrilib. Uğursuz əməliyyatlar, sağlamlıq fəsadları və gözləntiləri doğrultmayan nəticələr pasiyentlərin şikayətlərini artırır. Bəzi hallarda həkimlərin məsuliyyətə cəlb edildiyini görsək də, bu, problemin köklü həll olunduğu anlamına gəlmir. Əksinə, hər gün yeni şikayətlərin gündəmə gəlməsi vətəndaşlarda haqlı sual yaradır: plastik əməliyyat etdirmək istəyən şəxs etibarlı həkimi necə tapsın və düzgün seçim etsin?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Ölkə.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, istənilən halda həkim müraciəti ilkin səhiyyə xidməti vasitəsilə olmalıdır.

Onun sözlərinə görə, ilkin səhiyyə xidmətinə müraciət etdikdən sonra artıq müvafiq həkimə yönləndirmə, prosedurların həyata keçirilməsinə istiqamət verilmə daha dolğun həyata keçirilir:

"Amma təbii ki, indi hal-hazırda bizim vətəndaşlar müxtəlif istiqamətlər seçirlər. Reklamı aparılan özəl klinikalar və ya özəl klinikalarda çalışan, televiziya reklamlarında tez-tez görünən müxtəlif ixtisas sahibləri arasında bu hal xüsusilə plastik cərrahiyyə sahəsində daha qabarıq şəkildə özünü göstərir. Amma bunlar son nəticədə obyektiv olmayan, bəzən isə narahatlıq yaradan məqamlarla müşahidə olunur. Ona görə də burada ən mühüm, ən önəmli məsələ doğru-düzgün istiqaməti seçməkdir. Doğru-düzgün istiqamət isə dediyimiz kimi, ilkin səhiyyə xidməti, tibb müəssisəsinə müraciət və tibb müəssisəsinə müraciət əsasında müvafiq istiqamətlərin müəyyənləşməsidir.

Bundan sonra isə həqiqətən də, həkimin ixtisasını müəyyənləşdirən sertifikatının olması, bu sahədə mütəxəssis olması və klinikanın da bu sahə üzrə uyğunlaşmış olmasını artıq özləri üçün müəyyənləşdirdikdən sonra müvafiq əməliyyatlara əgər tibbi göstəriş ehtiyac olarsa, müraciət etməlidir".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri