Icma.az
close
up
RU
Plastik qablarda su alanda hansı işarələrə diqqət etmək lazımdır?

Plastik qablarda su alanda hansı işarələrə diqqət etmək lazımdır?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əvəzolunmaz yaşam mənbəyi suyu ev şəraitində bəzən özümüz süzərək və ya qaynadaraq kənar maddələrin xaric olunmasını təmin edir, sonra içirik.

Evdən kənarda isə plastik qablarda satılan su demək olar ki həyatımızın ayrilmaz hissəsinə çevrilib. Bəs bu qabların və bu cür qablardan satılan suyun nə dərəcədə sağlam olduğunu necə bilə bilərik? Bir çox adam butulkanın dibinə nəzər yetirməyin yetərli olduğunu düşünür, ancaq bu, sağlamlığın mühafizəsi üçün kifayət deyil.

Plastik butulkaların etiketlərinin üzərində hər zaman onların məhz hansı plastikdən hazırlandıqlarına dair qeydlər olur. Bu məlumat olduqca önəmlidir. Çünki istənilən plastik materialdan butulkanın tərkibinə müxtəlif dərəcədə təhlükəli kimyəvi maddələr qarışır. Məsələn, aşağıdakılara nəzər yetirin.

İstənilən butulka bu tərkiblərdən birinə malikdir:

1. PET və ya PETE

Bu, birdəfəlik istifadə üçün nəzərdə tutulan butulkalardır. Bu tərkibdə butulkalardan içərisindəki mayeyə ağır materiallar və maddələr qarışa bilər ki, bu da insanın hormonal balansına təsir göstərir.

PET — dünyada ən çox istifadə olunan plastmas növüdür. Yadda saxlamaq lazımdır ki, bu, ancaq birdəfəlik istifadə üçün nəzərdə tutulub. Əgər belə butulkaya öz suyunuzu töksəniz, onda orqanizminizə bəzi qələvi maddələr və olduqca çox miqdarda bakteriyaların daxil olmasına hazır olun.

2. HDP və ya HDPE

Bu çox yaxşı plastikdir və demək olar ki, heç bir zərərli maddə yaymır. Mütəxəssislər əgər mümkündürsə, suyu məhz belə butulkalarda almağı məsləhət görürlər. Bu, həm təhlükəsizdir, həm ekologiya üçün faydalıdır, belə ki, demək olar bütün plastik emal olunur.

Bu, adətən süd, oyuncaqlar, yuyucu maddələrin saxlanması və bəzi plastik paketlərin istehsalı üçün istifadə olunan sərt plastik növüdür.

3. PVC və ya V

Bu materialdan olan əşyalardan ən az iki təhlükəli kimyəvi maddə ayrılır və hər iki maddə orqanizmin hormonal balansına mənfi təsir göstərir.

Bu, adətən bitki yağlarının və uşaq oyuncaqlarının saxlanması üçün istifadə olunan yumşaq, elastik plastikdir. Ondan həmçinin saysız istehlak malları üçün blister qablaşdırmalar hazırlanır. Eyni zamanda kompyuter kabellərinin üzlənməsi üçün istifadə olunur. Bu materialdan plastik turbalar və santexnika detalları hazırlanır. PVC demək olar ki günəş şüalarının birbaşa təsirinə və hava şərtlərinə qarşı dözümlüdür, buna görə də bu materialdan adətən pəncərə çərçivələri və bağ üçün şlanqlar hazırlanır. Ancaq buna baxmayaraq ekspertlər bu materialdan olan məhsulları almamağı, mümkün olduqca alternativ materiallardan istifadə etməyi məsləhət görürlər.

4. LDPE

Bu plastik həm butulkaların, həm də plastik paketlərin hazırlanmasında istifadə olunur. Bu materialdan tərkibindəki kimyəvi maddələr ayrılmır. Ancaq o, yalnız su konteynerləri üçün təhlükəsizdir. Ərzaq mağazasında ondan hazırlanan paketləri almaq məsləhət görülmür. Belə ki, bu paketlərdə alınan məhsullarla yanaşı həm də bu materialdan ayrılan, ürək üçün olduqca təhlükəli kimyəvi maddələri yemiş olarsınız.

5. PP

Bu plastik ağ və ya yarımşəffaf rəngdə olur. Siropların və yoqurtların qablaşdırılması üçün istifadə olunur.

Polipropilen termik stabilliyinə görə qiymətləndirilir. İsidilən zaman ərimir. Demək olar ki, təhlükəsizdir.

6. PS

Adətən kofe stəkanları və fast-food məhsullarının konteynerlərinin hazırlanması üçün istifadə olunur. Ancaq isidildikdə ondan təhlükəli kimyəvi birləşmələr ayrılır.

Polistirol — bahalı olmayan, yüngül və kifayət qədər dözümlü plastik növüdür. Ancaq qaynar yeməklər və içkilərin saxlanılması üçün münasib deyil .

7. PC və ya xüsusi işarələri olmayan plastiklər

Bu, plastikin ən təhlükəli növüdür. Su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunur.

Polikarbonatdan olan qab və ya konteynerlərdə qida və suyun saxlanılması qətiyyən olmaz. Bu materialdan Bisfenol A – orqanizmin endokrin sistemini məhv edən maddə ayrılır və həmçinin estrogen adlanan hormonun ifrazına mane olur.

Daha bir tövsiyə: plastik qabda nəsə almaq istəsəniz, iki dəfə düşünün. Yenə də şüşə qablar daha təhlükəsizdir...

Saglamolun.Az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri