Icma.az
close
up
RU
“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi

“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi

Icma.az bildirir, News24 portalına istinadən.

“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

Hüquq-mühafizə orqanları müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Müxtəlif növ ağacların məhv edilməsi nəticəsində isə təbiətə 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürədib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, “Monte Ferro” MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.

Qeyd edək ki, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”),  kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Bu yaxınlarda “AQA Şirkətlər Qrupu”nun dövlət büdcəsinə 22 min manatdan çox vergi borcunun olduğu barədə məlumatlar da yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see176

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see144

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see139

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see138

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see136

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see130

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see129

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see128

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see128

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see125

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see121

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see119

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see116

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see115

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see114

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see114

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see113

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see112

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri