Icma.az
close
up
RU
POEZİYA BİR DÜNYA, ŞAİR ONUN GÜNƏŞİDİR

POEZİYA BİR DÜNYA, ŞAİR ONUN GÜNƏŞİDİR

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tapdıq Əlibəyli - 65

İdrakla duyğuların vəhdətini məna aynasında əks etdirən belə deyim vardır ki, poeziya bir əsrarəngiz dünya, şair isə onun günəşidir. Təbii ki, biri olmadan digəri mövcud ola bilməz. Şairin sözlərindəki işıq poetik dünyanı yaşadır, onu canlandırır və oxuculara çatdırır.

Sevimli şairimiz Tapdıq Əlibəylinin təbirincə:

Qaranlıq gecənin bağrından doğdu
Ümidin rəngitək sözün şəfəqi...

Sözünün şəfəqinə boyandığımız tanınmış şair-publisit, jurnalist, ictimai xadim Tapdıq Əlibəyli artıq ömür kitabının 65-ci səhifəsini tamamlamaqdadır. Belə bir məqamda mən də əziz dostum haqqında fikir bildirməyi özümə mənəvi bir borc hesab edirəm.

Qeyd edim ki, mən bir istehsalat adamıyam və bu baxımdan Tapdıq Əlibəylinin yaradıcılığını dərin elmi və ədəbi təhlil çərçivəsində araşdırmaq mənim sahəm deyil. Bu, ədəbiyyat və söz ustalarının işidir. Bununla belə, şairin bir şeirinin mesajları və döğurduğu təəssürat barədə düşüncələrimi dilə gətirmək istəyirəm.

Tapdıq Əlibəyli özünün də təməldaşı və İdarə Heyətində təmsil olunduğu “Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) təsis edilməsinin ildönümünə həsr etdiyi "Türk Ağsaqqalları Birliyi" adlı şeirində yazır:

Ərənlər dünyası - yurd yaşı,
Müdriklər dühası - yurddaşı,
Tanrıya duası - yaddaşı,
Türk Ağsaqqalları Birliyi!
Soykökə sevdası, həvəsi,
Milli mənlik, türklük - havası,
Məslək-məramında haqq səsi-
Türk Ağsaqqalları Birliyi!
Qayəsi dan yeri - şəfəqli,
Mayası, təməli hürr şövqlü,
Şanlı Bayraq ünü şərqili ...
Türk Ağsaqqalları Birliyi!
Ulu Türk elləri -Turanım!
Yurd-yurd düzüm, dağım, aranım...
Türklük kəhkəşanım, ad- sanım,
Türk Ağsaqqalları Birliyi!
Bu gündən sabaha bir yoldu,
İnancında qutsal, pir yoldu,
Ağsaqqal xilqətdə nur yoldu,
Türk Ağsaqqalları Birliyi!

Bu şeir Türk millətinin tarixindən, mədəniyyətindən və müdriklərindən ilham alaraq, Türk Ağsaqqalları İctimai Birliyinin əhəmiyyətini və məqsədini vurğulayan bir əsərdir. Şairin məqsədi, bu birliyin milli irsi qorumağa, türklüyü yaşatmağa və gələcək nəsillərə ötürməyə yönəlmiş dəyərini oxucuya çatdırmaqdır. Şeir həm də bu birliyin hər bir üzvünün öz vəzifəsini və dəyərlərini anlamalarını məqsəd qoyur.

Şeir birliyin yüksək ideallarını təbliğ edir: türkçülük, mədəniyyətin qorunması, milli kimlik və birlik. Bu ideallar şeirdə bir neçə dəfə təkrarlanır və hər dəfə yeni bir məna siqləti ilə diqqət çəkir.

Tapdıq Əlibəyli bu poeziya çələngində milli kimlik, turkçülük və mədəni irsin qorunmasına olan dərin sevgi və bağlılığı ifadə edir. Şeir həm də qədim Türk mədəniyyətinin, adət-ənənələrinin və müdriklərin əhəmiyyətini vurğulayır. Türk Ağsaqqalları İctimai Birliyinin Türk dünyası və mənşəyinə olan bağlılığı təqdir olunur. Şair müdriklərə, ağsaqqallara və milli mənlik anlayışına olan ehtiram, Türk xalqının öz tarixinə və ənənələrinə olan hörmətini göstərir.

"Türk Ağsaqqalları Birliyi" ifadəsi şeirin əsas motividir və hər bənddə təkrarlanaraq TAİB-in məram-qayəsini coşqulu şəkildə vurğulayır ki, bu da şeiri mahiyyət etibarı ilə himn qismində səciyyələndirir.

Otuza qədər kitabı işıq üzü görən Tapdıq Əlibəylinin hər yeni əsərini əlimə alanda düşünürəm ki, bu dəfə məni yenə hansı misraları ilə heyrətə gətirəcək?.. Onun “Payız çöhrəsində yazdı 44 Gün” kitabı isə Zəfər tariximizin ilk poetik salnaməsi olaraq bir qürur məqaqmıdır. O məqm ki, sevgidən vətənə, ağrıdan ümidə qədər yol keçib. Əlbəttə, bu kitab onun yaradıçlığında məxsusi yer tutur. Bu barədə şair özü yazır: “Yağı tapdağında inləyən əsir torpaqlarımızın yanğısıyla illər öncə qələmə aldığım “Torpağın səsi” kitabımdakı “Zəfər ovudacaq torpağın ahın” düşüncə-ümidimə Zəfər Günümüz gözaydınlığı oldu”.

Tapdıq Əlibəylinin şeir dünyası, hər zaman yeni kəşflər, yeni duyğular, yeni dərinliklər vəd edir. Bir neçə il əvvəl oxuduğum bir poemasının məni necə haldan-hala saldığını hələ də unuda bilmirəm. Həmin zaman dilimdə “Nahaq qan yerdə qalmaz” misraları dilimdən düşmürdü. O zaman Qarabağ həsrətini, vətənə olan dərin sevgisini və xalqının çəkdiyi ağrıları Tapdıq müəllim o qədər incə və həssas bir şəkildə ifadə və təlqin etmişdi ki, inanmaya bilməzdin...

Tapdıq Əlibəylini 2021-ci ildən, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təsis konfransı keçirilən gündən tanıyıram. Həmin dövrdən bəri, onun TAİB-in tədbirlərindəki çıxışlarını müntəzəm və böyük maraqla izləyirəm. Hətta desəm ki, Tapdıq müəllim hər gün oxuduğum müəlliflərdən biridir, heç də səhv etmərəm. Belə deyim ki, “Payız çöhrəsində yazdı 44 Gün” masaüstü kitabımdır.

Onun şeirləri və publisistikası bir çox hallarda birgə yol alır, bəzən isə bir-birini tamamlayır. Mənim fikrimcə, əgər bu gün şairlər arasında həqiqətən əsl şairlərdən bir neçəsi varsa, onlardan biri şübhəsiz ki, Tapdıq Əlibəyli olacaqdır. Çünki istedadı olmayanların şairlik eşqinə düşməsi zərərli bir təbibliyə bənzəyir. Savadsız bir həkim necə insanın sağlamlığına zərər verirsə, istedadı olmayan “şairlər” də elə poeziyanın təməl prinsiplərinə zərbə vururlar. Oxucuya mənfi emosiyalar verməkdən başqa, onlardan heç bir xeyir yoxdur.

Tapdıq Əlibəylini başqalarından fərqləndirən ən önəmli cəhət, onun əsl şairə xas olan xarakter xüsusiyyətlərinə malik olmasıdır. O, çox mülayim, mehriban, sədaqətli, xoşxasiyyətli, vətənpərvər və mənəvi cəhətdən təmiz bir şəxsiyyətdir. Bütün ğözəl xüsusiyyətlər Tapdıq Əlibəyli şəxsiyyətində birləşib, onu bir çoxları üçün əsl nümunəyə çevirir. Bu xeyirxah xüsusiyyətləri ilə Tapdıq müəllim TAİB-in tədbirlərində həmişə vətənimizin və xalqımızın maraqlarına uyğun fəaliyyət göstərir.

Onun yazdığı şeirlər yalnız poeziyanın zənginliyini deyil, həm də özünəməxsus bir ruhu daşıyır. Tapdıq müəllimin şəxsiyyətinin ən gözəl xüsusiyyətlərindən biri onun sadəliyi, təvazökarlığıdır. O, sadəliyi, səmimiyyəti və xeyirxah xarekteri ilə dostları və həmkarları arasında böyük nüfuz qazanmışdır. Tapdıq müəllim kimi bir şairlə, bir insanla bir yerdə olmaq mənim üçün böyük şərəfdir.

Mənim düşüncəmə görə, şairin ən böyük şah əsəri, onun tərbiyə edib böyütdüyü övladlarıdır. O, həm sənətkar, həm də bir ailə başçısı kimi mükəmməl bir nümunədir.

Tapdıq müəllim ömrünün 65-ci baharını yaşayır. Lakin o, heç zaman yorulmur.. Onun hər bir uğuru, hər bir şeiri, yazısı və çıxışı bizi - həmkarlarını və dostlarını sevindirir. Tapdıq müəllim, sükanı belə saxla!

Hörmətli Tapdıq müəllim, 65 illik yubileyiniz münasibətilə Sizi təbrik edir, Sizə sonsuz ilham, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qoy qələminiz daim iti, şeirləriniz isə könülləri oxşayan olsun.

Sizin sənətiniz heç vaxt işığını itirməsin, hər bir ad günü isə xoş xatirələrlə yadda qalsın, şeiriyyət şöləniz gur olsun, yaradıçılığı sözün əsl mənasında duyğuların tərcümanı və ruhun aynası olan şair!

Eyvaz HÜNBƏTOV,

sabiq dövlət qulluqçusu,
“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı”
İctimai Birliyinin sədr müavini.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Aprel 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri