Icma.az
close
up
RU
Şair Muxtar Qasımzadənin poeziya dünyası...

Şair Muxtar Qasımzadənin poeziya dünyası...

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllər ötdü, bu da yetmiş -

Necə gəldi, necə getdi...

Yoxsa həyat yuxu imiş?

Gecə gəldi, gecə getdi…

Şair-publisist, poeziyasının xəmiri Naxçıvanın suyundan yoğrulmuş, sonradan bu mayadan bərəkətli şerlər dünyası yaradan tanınmış ziyalı, öz poetik imkanlarını ölçüb-biçən, sözə qənaətlə yanaşan qələm sahibi Muxtar Qasımzadə bu misraları 70 illik yubileyinə ithaf etdiyində yaşadığı ömrün bir göz qırpımında necə sürətlə keçdiyini ifadə etmək istəyib.Bu gün şair 75 yaşa doğru yol alır,amma bu yolun da hər dayanacağı yenə şeriyyətə köklənir. Bu şerlər sanki onun yaşadığı ömrünün bir özətidir. İnsan yaşa dolduqca arxada qalan illərə boylanır,yaşadıqlarının hesabatını verməyə çalışır.Şairlər üçün isə bu hesabatın yükü bir başqadır.

Çağdaş ədəbiyyatımızın orta nəslinə mənsub nümayəndəsi olan Muxtar Qasımzadənin poeziya dünyasında hər çiçəyin öz ətri var. Vətən sevgisi, məhəbbət dünyası, Naxçıvan abidələrinin bədii əksi, füsunkar təbiətin gözəllikləri,ulu yurdun ecazkar mənzərələri….

Onlarla şer kitabının müəllifi olan şairin "Vətən müqəddəsdir oğullar üçün, ucaldır adını şərəfli adla", - deyərək ürəyini yeddinci qitə ("Yeddinci qitə") adlandırır. Onun yaradıcılığının hər sözündən vətənə məhəbbət hissi vulkanik bir eşq kimi püskürür. Bu qəlbin - bu qitənin öz dünyası, öz xasiyyəti, öz sakinləri, öz kəndləri, şəhərləri, dağları, daşları var. Amma etiraf edək ki, bu qitənin - bu qəlbin paytaxtı, baş yurdu Naxçıvandır, Azərbaycanın alınmaz qalası kimi dünya mədəniyyətinə beşiklik edən, görkəmli şəxsiyyətlər yurdu olan Naxçıvan:

Canım, gözüm, torpağım,

Laylam, nəğməm, beşiyim.

Yurdum, yuvam, ocağım,

Salam, evim-eşiyim.

Haçadağ, kürsüm olsun,

İlqarından söz deyim

Atam Naxçıvanımın,

Anam Naxçıvanımın…

70 illik ömrün böyük zaman dilimində-gənclik illərindən bu günə qədər jurnalistlik fəaliyyətini davam etdirən yazar kök salmış bədii yaradıcılığının kölgəsində bu gün də oxucularının ürəyinə su səpir. Şeir və poemaları mətbuatdan, ədəbi jurnallardan, almanaxlardan, mavi ekrandan, radio dalğalarından ictimaiyyətə yaxşı tanış olan bu imzanın sahibi Muxtar Qasımzadə müxtəlif vaxtlarda beynəlxalq poeziya festivallarının iştirakçısı olmuş, şeirləri rus, fars, ingilis dillərinə tərcümə edilmişdir.

Muxtar Qasımzadə Televiziya və radionun inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə (2006) “Tərəqqi” medalına layiq görülmüşdür. Vaxtilə Xalq yazıçısı Hüseyn İbrahimovun onun haqqında dedikləri şairin yaradıcılığının ana xəttidir : "Muxtar Qasımzadə az yazır, ancaq yaxşı yazır. Deyilməmiş, necə deyərlər, əl dəyməmiş mövzular tapır". Bu "əl dəyməmiş" mövzular onun qələmindən süzülən misraların işığında cağdaş Azərbaycan poeziyasında bir dəst-xətt yaradıb.

Görkəmli elm adamı, akademik İsa Həbibbəylinin Muxtar Qasımzadə haqqında dediyi "Şair Muxtar Qasımzadənin şeirləri göstərir ki, sənətin vəzifəsini düzgün başa düşür, müəllif mövzu dairəsinin genişliyi ilə nəzəri cəlb edə bilir"-fikirləri onun yazımızın başlanğıcında keçən ömür yoluna xitab etdiyi misralarında bu onillikləri boşuna yaşamadığı,sənətinin,qələminin vəzifəsinin nəyə xidmət etdiyinin fərqində olmasının sübutudur.

Şair-publisist Muxtar Qasımzadənin onlarla kitabı yaradıcılığının vəsiqəsidir. Şairin hələlik son nəşri olan “Seçilmiş əsərləri” rəflərimizin oxunaqlı kitaplarındandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://adalet.az
archiveBu xəbər 02 İyun 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri