Icma.az
close
up
RU
Pokrovska Rusiya nəzarət edir, yoxsa Ukrayna?

Pokrovska Rusiya nəzarət edir, yoxsa Ukrayna?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin 29 oktyabrda bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Pokrovska (Donetsk vilayəti) və Kupyansk (Xarkov vilayəti) istiqamətlərində mühasirəyə alınıb. O bildirib ki, Rusiya bu istiqamətlərdə atəşkəs elan etməyə və media nümayəndələrinin səfərinə şərait yaratmağa hazırdır.

Modern.az-ın məlumatına görə, Putinin açıqlamasından sonra Rusiya KİV-ləri və hərbi teleqram kanalları Pokrovsk və ətraf ərazilərin nəzarətə götürüldüyünü, bəzi məhəllələrdə Rusiya bayrağının ucaldıldığını iddia ediblər.

"DeepState" monitorinq layihəsi də şəhərin “böyük hissəsinin boz zona” statusunda olduğunu, Rusiyanın xeyli irəliləyiş əldə etdiyini və şəhərin logistikasının pozulduğunu bildirib. Onların məlumatına görə, rus qoşunları şəhərin şimal hissəsinə qədər irəliləyib, bəzi binalarda isə 200–300 nəfərlik diversiya qrupları yerləşdirilib.

BBC-nin təhlilinə görə, Rusiya qoşunları Avdeyevkanın ələ keçirilməsindən sonra əsas hücum istiqamətini Pokrovska yönəldib. Yarım il ərzində onlar şəhərin 40 kilometrliyinə qədər irəliləyiblər. Hal-hazırda Pokrovsk-Mirnohrad aqlomerasiya zonasının şimal və cənub hissələrində döyüşlər gedir. Əgər Rusiya qüvvələri bu istiqamətlərdə birləşərsə, Ukrayna müdafiə xətti parçalanacaq və bir neçə batalyon “çuxurda” qala bilər.

Bu məlumatlara cavab olaraq, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski 30 oktyabrda Pokrovsk istiqamətinə səfər edib və Rusiyanın iddialarını təkzib edib. O bildirib ki, nə Pokrovskda, nə də Kupyanskda Ukrayna hərbçiləri mühasirəyə alınmayıb.

“Vəziyyət mürəkkəbdir, lakin idarə olunur. Rusiya piyada bölmələri döyüşlərdən yayınaraq şəhər daxilində gizlənməyə və mövqe dəyişməyə çalışır. Biz kəşfiyyat və zərbə dronlarının fəaliyyətini gücləndiririk, düşmənin gizli qruplarını zərərsizləşdiririk”, - deyə Sırski qeyd edib.

O, bütün səviyyələrdə komandirlərə məsuliyyətli davranmağı tapşırdığını, əks halda vəzifədən azad ediləcəklərini bildirib. Eyni zamanda, təchizat və evakuasiya yollarının qorunması üçün əlavə göstərişlər verilib.

Sırski vurğulayıb ki, Ukrayna ordusunun əsas məqsədi şəxsi heyətin həyatını qorumaqdır.

Hazırda "DeepState" xəritəsində Pokrovsk və Mirnohradın şərq hissəsi “boz zona” kimi göstərilir. Bu isə tərəflər arasında şəhər nəzarətinin hələ müəyyən edilmədiyini göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri