Polis İsveçrənin şimalındakı bıçaqlı hücumu terror aktı hesab edir
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
İsveçrə polisi Vintertur şəhərindəki dəmir yolu stansiyasında üç nəfərin yaralanmasına səbəb olan bıçaqlı hücumu terror aktı hesab edir.
"Ölkə.az" xəbər verir ki, bu barədə İsveçrə Radio və Televiziyası (SRF) Sürix Kantonunun Təhlükəsizlik Departamentinin direktoru Mario Ferə istinadən məlumat verib.
Onun sözlərinə görə, hücumçu 1994-cü ildə İsveçrədə anadan olub və 2009-cu ildə İsveçrə vətəndaşlığını alıb. 2024-cü ildə Türkiyəyə köçüb və 2026-cı ilin mayında İsveçrəyə qayıdıb. Fer vurğulayıb ki, Sürix kanton polisi hücumun dəqiq motivini və şəraitini müəyyən etmək üçün araşdırma aparır.
Şübhəli 2015-ci ildə İŞİD-ə qoşulub.
Qeyd edək ki, bu gün səhər naməlum kişi İsveçrənin şimalındakı Vinterthur qatar stansiyasında piyadalara hücum edərək üç nəfəri yaralayıb. Hücumçu saxlanılıb. Şahidlərin sözlərinə görə, kişi yeraltı keçiddən keçərək müsəlman dini şüarları səsləndirərək insanlara hücum edib.
Baxış sayı:126
Bu xəbər 28 May 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















