Polis jurnalisti “Feysbuk“da “Mən bu sistemə etibar etmirəm” yazısına görə həbs etdi...
Icma.az, Moderator.az saytına istinadən bildirir.
“Mirian Berulava ilə həmrəylik” – bu şüarla yerli jurnalistlər Gürcüstanın Kutaisi şəhərində- İmereti regional polis idarəsi yaxınlığında aksiya keçiriblər.
Moderator.az-ın "Qruziya Onlayn" nəşrinə istinadla verdiyi xəbərə görə, media nümayəndələri qanunsuz həbsdə olan jurnalistlə həmrəy olduqlarını bildiriblər və onun dərhal azadlığa buraxılmasını tələb ediblər.
Mirian Berulava dünən, fevralın 1-də saxlanılıb. O, Samtredia təcridxanasındadır.
Vəkil iddia edir ki, polis Mirianın "Facebook"-dakı “Mən bu sistemə etibar etmirəm” yazısını təhqir hesab edib və buna görə də onu 173-cü inzibati maddə ilə həbs edib.
Bundan əlavə, o, Kutaisidə davam edən etiraz aksiyalarında fəal iştirak edib. Qeyd edilir ki, Berulava uzun illər yerli televiziyada çalışıb.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Fevral 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















