Polis nəqliyyat vasitələrini piyada səkilərində saxlayan sürücülərə bir daha çağırış edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə olunan müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur. “Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















