Polis “saxla” əmrinə tabe olmayan motosikletlini vurub öldürdü 25 il cəza aldı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Kocaeli şəhərində “saxla” xəbərdarlığına tabe olmayan və nömrəsiz motosikleti ilə qaçdığı iddia edilən şəxsi güllələyib öldürən polis məmuru hakim qarşısına çıxıb.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də Qebze rayonunu Memar Sinan küçəsində baş verib.
Belə ki, 21 yaşlı Kərəm Uzun nömrəsiz motosikleti ilə hərəkətdə olarkən polisin “saxla” xəbərdarlığına tabe olmayıb. Motosikleti ilə qaçmağa çalışan Uzuna polis məmuru İbrahim Sərt (29) tərəfindən tabel silahı ilə vurulub. Xəstəxanaya aparılan Uzun bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Hadisəni törədən polis məmuru İ.S. həbs olunub.
Hakim qarşısına çıxarılan İ.S, "qəsdən adam öldürmə" maddəsi ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















