Polisdən qaçan vəsiqəsiz sürücü film kimi şou göstərdi Ağır cəzalar kəsildi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin Kırıkkale şəhərində drift edərək ictimai təhlükəsizliyi ciddi şəkildə təhdid edən sürücü polis tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Kırıkkaledə Millət Bulvarındakı kəsişmələrdən birində “Tofaş” markalı avtomobillə drift edən 18 yaşlı Ş.Ş. polisin “dayan” əmrinə tabe olmayaraq qaçmağa başlayıb. Sürücülük vəsiqəsi olmadığı müəyyən edilən gənc sürücü film səhnəsini xatırladan təqibə səbəb olub.
Polis təqibi zamanı Ş.Ş. həm hərəkətdə olan, həm də park edilmiş bir neçə nəqliyyat vasitəsinə çırpılıb, daha sonra 688-ci küçəyə daxil olub. Qaçışı davam etdirən sürücü geri manevr edərkən bu dəfə polis avtomobilinə çırpılıb və nəhayət, küçədə saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobildən çıxarılan sürücü sakitləşdirilib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, bir neçə nəqliyyat vasitəsinə maddi ziyan dəyib və ərazidə qısa müddətli gərginlik yaranıb. Baş verənlər ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla qeydə alınıb.
Yol polisi tərəfindən aparılan araşdırma zamanı sürücü Ş.Ş.-yə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə ümumilikdə 86 min 763 Türk lirəsi (təxminən 4 min 600 Azərbaycan manatı) məbləğində cərimə tətbiq olunub. Avtomobil isə 60 gün müddətinə müsadirə edilərək cərimə meydançasına aparılıb.
Bundan əlavə, sürücüyə qarşı yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq, ictimai təhlükəsizliyi pozmaq və əmlaka zərər vurmaq maddələri üzrə məhkəmə prosesi başlanılıb.
Qəzada zərər çəkən vətəndaşlardan biri Naci Ayar bildirib ki, sürücü polisin xəbərdarlığına baxmayaraq nəqliyyat vasitələrinin arasından böyük sürətlə keçib və onun avtomobilinə çırpılıb. Digər zərərçəkən Bilal Buğra Öztürk isə qırmızı işıqda gözlədiyi vaxt avtomobilinə zərbə dəydiyini və uzun müddət hadisə yerində gözləməli olduğunu deyib.
Hadisə bir daha göstərir ki, sürücülük vəsiqəsi olmadan və məsuliyyətsiz davranışla sükan arxasına keçmək təkcə sürücünün deyil, ətrafdakı bütün yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Dekabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















