Icma.az
close
up
RU
Polisə “daş atmaq” kimlərin marağındadır? ANALİZ

Polisə “daş atmaq” kimlərin marağındadır? ANALİZ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi qələbələr, uğurlar əldə etməsi yerli və xarici maraqlı dairələri ciddi narahat edir. Həmin məkrli qüvvələr müxtəlif çirkin vasitə və üsullarla ölkəmizin uğurlarına kölgə salmağa, ictimai-siyasi sabitliyi pozmağa, azad, demokratik prosesləri əngəlləməyə cəhdlər göstərirlər. Xüsusilə də pozucu qüvvələrin əsas hədəfi Azərbaycan polisidir. Çünki polis cəmiyyətdə asayişin və təhlükəsizliyin təminatçısı, sabitliyin bir növ qarantıdır.

Dağıdıcı müxalifətin trolları, eləcə də xaricdəki antimilli ünsürlər sosial şəbəkələrin nəzarətsiz zona olmasından istifadə edərək, müntəzəm olaraq polis haqqında öz tərbiyələrinə və əxlaqlarına uyğun statuslar yazır, videolar paylaşırlar. Çalışırlar ki, Azərbaycan polisini cəmiyyətin gözündən salsınlar. Xüsusilə də, xaricdə oturub Azərbaycan dövlətçiliyi və milli maraqları əleyhinə qarayaxma kampaniyası aparan antimilli ünsürlər polis barəsində dezinformasiyalar yaymağa, şər və böhtanları səsləndirməyi adət halına çeviriblər. Bəzən elə yalanlar yazır, videolar paylaşırlar ki, onların azərbaycanlı olmasına şübhələr yaranır. Düşünülür ki, bunlar elə Ermənistandakı revanşistlərdir və ya koçaryanların, sarkisyanların, ohanyanların qohum - əqrəbasıdır. Eyni gündə polislə bağlı müxtəlif saytlarda, sosial şəbəkələrdə və ya internet TV-lərdə bir- birinin təkrarı olan yalan fikirlərin səslənməsi, eyni məzmunlu repotajların yayımlanması mövzunun eyni mərkəzdən təşkil edildiyini göstərir.

Polis torbalı məxluqların hay-küylərinin arxasında hansı məkrli niyyətlərin dayandığını yaxşı anlayır

Söz yox ki, dünyanın istənilən demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da qanunun tələblərini pozanlara qarşı qanunamüvafiq tədbirlər görülür. Bu zaman hay-küy salmaq, şər və böhtanlarla çıxış etmək törədilən cinayət əməlinin ört-basdır edilməsinə cəhd etməkdir. Lakin Azərbaycan polisi çətin, ancaq şərəfli yol keçib və bu yolda kifayət qədər təcrübə qazanıb. Yəni ayıq-sayqılığı, təmkinli olması ilə seçilən və tanınan polis torbalı məxluqların hay-küylərinin arxasında hansı məkrli niyyətlərin dayandığını yaxşı anlayır. Ona görə də, böhtançıların paylaşımlarına, statuslarına əhəmiyyətsiz yanaşmaqla öz müqəddəsi vəzifələrinin icrasını davam etdirirlər.

Fakt ondan ibarətdir ki, Azərbaycan polisi vətəndaşla öz doğması kimi davranır, problemlərlə qarşılaşanlara, çətinliklə üzləşənlərə hər cür yardımı, dəstəyi göstərir. Dövlət Yol Polisi əməkdaşları yolda qalan, problemlə üzləşən istənilən sürücüyə yardım göstərir. Dəfələrlə DYP əməkdaşları xəstəxanaya getməli olan, lakin tıxac səbəbindən çətinliklə üzləşən avtomobil sahiblərinin önündə gedərək onların rahat və təhlükəsiz şəraitdə xəstəxanaya çatmalarına yardımçı olub.

Pandemiya dövründə polisin göstərdiyi misilsiz fədakarlıq heç zaman unudulmayacaq

Pandemiya dövründə polisin göstərdiyi misilsiz fədakarlıq qədirbilən xalqımız yaddaşından heç zaman silinməyəcək. Çünki polislərimiz xəstələrin xəstəxanalara çatdırılmasında, dünyasını dəyişən insanların dəfnlərinin təşkilində, Bakıdan rayonlara və ya bölgələrdən paytaxta insanların gediş-gəlişninin təşkilində zərgər dəqiqlik nümayiş etdirmişlər. Məhz polislərin sayəsində Azərbaycanda yoluxma nəinki, MDB ölkələrindən, ümumilikdə Avropa miqyasında aşağı göstəricidə olmuşdur. Bu da Azərbaycan polisinin əhalinin sağlamlığının təmin edilməsində layiqincə dayanmasının bariz nümunəsidir.

Polisimizin yanğınlar zamanı, eləcə də baş verən təbii fəlakətlər dövründə insanlara xidmətlər göstərib, faciənin miqyasının genişlənməsinin qarşısını alması ilə bağlı yüzlərlə fakt göstərmək, videolar nümayiş etdirmək olar. Ona görə də, xaricdəki antimilli ünsürlərin, həmçinin dağıdıcı müxalif siyasi partiya rəhbərlərinin trollarının yaratdıqları şəbəkənin Azərbaycan polisinə ləkə atmaq istəklərinə nail ola bilməyəcəklər.

Ölkə Prezidenti, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyev 100 illik yubilеy münasibətilə daхili işlər orqanlarına göndərdiyi təbrikdə qeyd olunur ki, bu gün Azərbaycan polisi inkişaf və yеniləşmə mərhələsini yaşayır: “Müasir dövrün çagırışlarına cavab olaraq aparılan islahatlar nəticəsində onun üzərinə qoyulan vəzifələrin dairəsi gеnişlənir. Cinayətlərin qarşısının alınması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması daхili işlər orqanlarının prioritеtlərindən birinə çеvrilir. Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş kеyfiyyətini, pеşə hazırlıgını və bilik səviyyəsini artırmaq məqsədilə yеni aхtarış və informasiya tехnologiyaları ilə təmini, maddi-tехniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəхsi hеyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qaygısı bundan sonra da davam еdəcəkdir”.

Ulu Öndər Heydər Əliyev: “Polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir”

Bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, sakit, azad, demokratik dövlət olaraq tanınır və qəbul edilir. Təbii ki, bu uğurlar, möhtəşəm qələbələr çox çətin prosesləri keçməklə nail olunub. Hansı ki, dövlət müstəqilliyimizin ilk illərində müxtəlif cinayətkar dəstələr dövlətçiliyimizə real təhlükələr yaradırdılar. Belə çətin, ağır dövrdə ölkəmizdə xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndərimiz Heydər Əliyev cinayətkarlığın aradan qaldırılması və sabitliyin təmin olunması üçün təxirəsalınmaz işlər gördü, fərman və sərəncamlar imzaladı. Görülən prinsipial işlər, qətiyyətli addımlar sayəsində qısa müddətdə ölkəmizdə sabitlik təmin edildi. Bu vəzifənin həyata keçirilməsində polis xüsusi fəallığı ilə seçildi. Təəssüf ki, Azərbaycan polisi cinayətkarlığın ləğv edilməsində, asayişin təmin olunmasında qurbanlar verməli oldu. Neçə-neçə Azərbaycanın igid, qəhrəman polisi cinayətkarlarla mübarizə də canlarını qurban verdi. O dövrdə Azərbaycan polisi həm də erməni terrorçu hərbi birləşmələrinə qarşı da müharibədə iştirak edirdi. Daxildə qanunsuz silahlı dəstələrə, sərhəddə isə erməni terrorçularına qarşı mübarizə aparmaq polis üçün çətin olsa da, onlar heç zaman hədəflərindən yayınmadılar, qarşılarına qoyulan vəzifələri yerinə yetirməkdən çəkindirmədilər. Həm də dövlətə sədaqət andı içmişdilər, xalqın mənafeyini qorumaq, Ulu Öndərimiz Heydər Əliyevin əmr və göstərişlərini ləyaqətlə yetirməyə söz vermişdilər. Ona görə də daxildə qanunsuz silahlı dəstələrin ləğv edilməsi, cəbhədə isə torpaqlarımızı işğal etməyə çalışan erməni hərbi birləşmələrinin məhv edilməsi üçün canlarından belə keçməkdən çəkinmədilər. Həmin dövrdə yüzlərlə Azərbaycan polisi şəhid oldu, yaralandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev o çətin, ağır dövrdə polisin fədakarlığını, mübarizliyini yüksək qiymətləndirərək, demişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir”.

Dahi Öndərimiz Heydər Əliyev 2002-ci il iyulun 3-də Azərbaycan polisinin yaranmasının 84-cü ildönümü münasibətilə keçirilən “Azərbaycan Polisi Günü”nə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı demişdir: “Bu bayram sizin peşə bayramınızdır. Amma, eyni zamanda, bu, bizim Azərbaycan xalqının bayramıdır, vətəndaşlarımızın bayramıdır - hamımızın bayramıdır. Çünki polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir. Ona görə bu, bizim hamımızın bayramıdır. Bu səbəbdən də mən bayram günü sizinlə bir yerdə olmaq üçün buraya, “Respublika” sarayının bu möhtəşəm salonuna gəlmişəm”.

Ulu Öndər Heydər Əliyev çıxışında onu da bildirmişdir ki, son illər Daxili İşlər Nazirliyində, polis orqanlarında böyük islahatlar həyata keçirilir: “Bu islahatlar Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun bir hissəsidir. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar. Biz bunlara görə də bütün sahələrdə islahatları keçiririk. Siz bunları bilirsiniz”.

Bir sözlə, Azərbaycan polisi fəaliyyətinə, davranışına, qanunçuluğun təmin olunmasına, cinayətkarlığa qarşı mübarizə sahəsində göstərdiyi ləyaqətli xidmətinə görə özünə cəmiyyətdə hörmət, rəğbət qazanıb. Bunun fonunda dağıdıcı müxalifətin, eləcə də demoqogiyadan başqa bir işə yaramayan ünsürlərin, həmçinin xaricdəki antimilli məxluqların Azərbaycan polisini gözdən salmaq kampaniyası aparması, sadəcə, boş qazanı danqıltmaqdan başqa bir şeyə yaramazlar.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri