Polisin əmrinə tabe olmayan sürücü həbs olunub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Polisin əmrinə tabe olmayan sürücü 15 gün həbs olunub.
Bu barədə AZXEBER.COM-a DYP-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini Murad Kərimov idarə etdiyi "Toyota” markalı avtomobilin xarici işıq cihazlarında dəyişiklik etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o, müayinədən keçməyə dəvət edilib. Bu zaman Murad Kərimov məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb. Müayinədən keçməkdən imtina edən M.Kərimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Baxış sayı:87
Bu xəbər 05 Noyabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















