Icma.az
close
up
RU
Polisin sabahını formalaşdıran məkan POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Polisin sabahını formalaşdıran məkan POLİS AKADEMİYASINDAN REPORTAJ VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir. Dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illər daxili işlər orqanlarının (DİO) tarixində əsaslı dönüş mərhələsi olub. Həmin dövr DİO-nun təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması ilə əlamətdardır.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd edilir. AZƏRTAC-ın əməkdaşları peşə bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasından reportaj hazırlayıb.

Azərbaycan polisinin peşəkarlığı və dövlətçiliyə sədaqət ənənələrinin formalaşmasında mühüm rol oynayan Polis Akademiyası yüz ildən artıq tarixə malikdir. Təhsil ocağının əsası 1921-ci ildə Azərbaycan Respublikasının Xalq Daxili İşlər Komissarlığının qərarı ilə sıravi milis əməkdaşları və komandir heyətinin hazırlanması məqsədilə yaradılan məktəbdən başlayır. Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə daxili işlər orqanlarının inkişafına xüsusi diqqət yetirilib. Həmin illərdə Bakı Xüsusi Orta Milis Məktəbinin maddi-texniki bazası gücləndirilib, tədris imkanları genişləndirilib, kadr potensialı möhkəmləndirilib və nəticədə məktəb müasir ali təhsil müəssisəsinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Nazirlər Kabinetinin qərarı ilə Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası yaradılıb və qısa müddət sonra ona I dərəcəli ali təhsil müəssisəsi statusu verilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarının və Polis Akademiyasının inkişafı ardıcıl şəkildə davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Akademiyanın maddi-texniki bazası daha da müasirləşdirilib, tədris infrastrukturu yenilənib, müasir təhsil texnologiyaları tətbiq olunub, yüksəkixtisaslı polis kadrlarının hazırlanması istiqamətində həyata keçirilən islahatlar daha da genişləndirilib.

Polis Akademiyası hüquqi bilik, yüksək intizam və texnoloji bacarıqları birləşdirən müasir tədris modeli tətbiq edir

Bu gün Polis Akademiyası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi ölkənin hüquq-mühafizə sisteminə peşəkar zabitlər hazırlayır. Burada gənc kursantlarda yalnız hüquqi biliklər deyil, həm də yüksək intizam, xidmət etikası, analitik düşüncə, fiziki hazırlıq və vətənpərvərlik hissi formalaşdırılır.

Akademiyada təhsil iki əsas istiqamət üzrə həyata keçirilir. Birinci istiqamət hüquqşünaslıqdır. Bu sahədə kursantlar cinayət hüququ, cinayət prosesi, inzibati hüquq, kriminalistika və polis fəaliyyətinin hüquqi əsaslarını dərindən öyrənirlər.

İkinci istiqamət isə informasiya təhlükəsizliyidir. Rəqəmsal dünyanın yaratdığı yeni çağırışlar fonunda gələcəyin polis zabitləri kibercinayətkarlığa qarşı mübarizə, informasiya sistemlərinin mühafizəsi, rəqəmsal sübutların toplanması və təhlili sahəsində müasir bilik və bacarıqlara yiyələnirlər.

Akademiyada nəzəri hazırlıq praktiki təlimlərlə paralel aparılır. Kursantlar auditoriyada mühazirələr dinləməklə yanaşı, həm də real xidmət şəraitini əks etdirən tədris poliqonlarında peşə bacarıqlarını inkişaf etdirirlər.

Polis Akademiyasında müasir tədris metodları geniş tətbiq olunur. Təhsil prosesində rəqəmsal texnologiyalardan, interaktiv lövhələrdən, elektron resurslardan və simulyasiya proqramlarından istifadə edilir.

Akademiyada fəaliyyət göstərən iki kriminalistik poliqon kursantlara hadisə yerinə baxış keçirmək, sübutların toplanması, ekspertiza materiallarının hazırlanması və cinayətlərin araşdırılması üzrə praktiki vərdişlər qazandırır.

Bundan başqa, xüsusi yaradılmış şəhər-rayon polis tədris modulu gələcək zabitlərin real polis xidmətinə maksimum yaxın şəraitdə hazırlanmasına imkan verir. Burada otaqlar, sənədlər, xidməti prosedurlar və əməliyyat vəziyyətləri real polis fəaliyyətini əks etdirir.

Kursantların peşəkar inkişafı üçün müxtəlif ixtisaslaşmış dərnəklər də fəaliyyət göstərir. Gənc əməliyyatçı, gənc sahə inspektoru, gənc müstəntiq və inspektor-kriminalist dərnəklərində iştirak edən kursantlar gələcək xidmətlərində qarşılaşacaqları situasiyaları əvvəlcədən praktik şəkildə öyrənirlər.

Eyni zamanda, Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarında çalışan təcrübəli əməkdaşlar Akademiyada mütəmadi olaraq mühazirələr keçir, illərlə qazandıqları praktik təcrübəni gələcək polis zabitləri ilə bölüşürlər.

Nəzəri bilikdən praktik peşəkarlığa

Polis Akademiyasında peşəkar hazırlıq yalnız hüquqi və fiziki hazırlıqla məhdudlaşmır. Burada kursantlara dövlətçilik ənənələrinə sədaqət, azərbaycançılıq ideologiyası, yüksək etik davranış qaydaları və vətəndaşa xidmət prinsipləri də aşılanır.

Tədris prosesində əsas məqsəd gələcəyin polis zabitinin həm nəzəri bilik, həm də praktik bacarıqlar baxımından tam hazırlıqlı olmasıdır. Akademiyada hesab edirlər ki, müasir polis əməkdaşı yalnız qanunları bilməklə kifayətlənməməli, sürətli qərar qəbul etməyi, analitik düşünməyi və ekstremal şəraitdə peşəkarlıq nümayiş etdirməyi də bacarmalıdır.

Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurovun sözlərinə görə, Akademiyada yaradılmış müasir təhsil infrastrukturu yüksəksəviyyəli polis zabitlərinin hazırlanmasına tam imkan verir: “Polis Akademiyasında təhsil almaq müasir gəncin arzusudur. Müasir biliklər, müasir metodoloji baza, yüksək təcrübəyə malik pedaqoji kollektiv, yeni tədris binaları, yataqxanalar, atıcılıq tiri və idman zalları bizə imkan verir ki, yeni dövrün tələblərinə cavab verən polis zabitləri hazırlayaq”.

Polis Akademiyasının kafedra rəisi Orxan Məmmədov isə bildirir ki, rəqəmsallaşan dünyada kibertəhlükəsizlik sahəsi hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib.

Onun sözlərinə görə, Akademiyada kibertəhlükəsizlik tədrisi yalnız nəzəri biliklərlə məhdudlaşmır. Kursantlar laboratoriya məşğələləri keçir, real hadisələr əsasında təhlillər aparır, rəqəmsal kriminalistika, kibercinayətkarlıqla mübarizə və informasiya təhlükəsizliyi sahəsində peşəkar hazırlıq keçirlər.

Orxan Məmmədov deyir ki, informasiya texnologiyalarını bilmək artıq yalnız ixtisaslaşmış əməkdaşlar üçün deyil, bütün polis əməkdaşları üçün vacib peşə kompetensiyasına çevrilib. Bu biliklər cinayətlərin vaxtında aşkarlanmasına, rəqəmsal sübutların düzgün qiymətləndirilməsinə və vətəndaşların təhlükəsizliyinin daha effektiv təmin edilməsinə xidmət edir.

Kursant: Polis forması böyük məsuliyyətdir

Hüquq fakültəsinin II kurs kursantı Davud Xəsmədov Polis Akademiyasında təhsil almağın bir çox Azərbaycan gəncinin arzusu olduğunu deyir. O vurğulayıb ki, zabit mundiri daşımaq böyük şərəf və məsuliyyətdir.

Davud Xəsmədov bildirir ki, Akademiyada kursantlar yalnız hüquq üzrə yüksəksəviyyəli biliklər qazanmır, həm də intizamlı olmağı, psixoloji dayanıqlılığı, analitik düşünməyi və çətin vəziyyətlərdə düzgün qərar qəbul etməyi öyrənirlər.

Bir əsrdən artıq tarixə malik Polis Akademiyası bu gün də ölkənin hüquq-mühafizə sisteminin əsas kadr hazırlığı mərkəzi olaraq fəaliyyətini davam etdirir. Müasir təhsil yanaşmaları, innovativ rəqəmsal həllər, geniş praktiki hazırlıq imkanları və peşəkar müəllim heyəti Polis Akademiyasında gələcəyin hüquq-mühafizə əməkdaşlarının hərtərəfli inkişafına zəmin yaradır.

Polis Akademiyasının fəaliyyəti bir daha təsdiq edir ki, peşəkar bilik və bacarıqlara, yüksək mənəvi keyfiyyətlərə malik polis əməkdaşlarının hazırlanması ölkədə ictimai təhlükəsizliyin, hüquq qaydasının və vətəndaşların etimadının möhkəmləndirilməsində mühüm rol oynayır.

Müxbir - Aytac Haqverdiyeva

Fotoqraf - Səfiyar Məcnun

Videooperatorlar – Rza Fəttaxov, Namiq Abdullayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri