Icma.az
close
up
RU
“Politico”: İrəvan Zəngəzur dəhlizini icarəyə verir

“Politico”: İrəvan Zəngəzur dəhlizini icarəyə verir

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycan və Ermənistan arasında 40 ilə yaxındır davam edən münaqişə bu gün ABŞ-də başa çatacaq.

News24.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadla “Politico” məlumat yayıb.

Nəşrə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, bu gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonla ikitərəfli əlaqələri genişləndirən sazişlər imzalayacağı da gözlənilir. Rəsmilər bildiriblər ki, bu, ABŞ-nin ortaq tranzit dəhlizinin (Zəngəzur) inkişafı ilə bağlı mübahisənin həllinə kömək etməsi sayəsində mümkün olub.

“Uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir. Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan - Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir. Biz onun blokunu aça bilsək, bəlkə də qalan hissələr yerinə düşməyə başlayaq”, - rəsmi qeyd edib.

“Politico” yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-yə verilməsinə razılıq verib: “ABŞ torpaq sahəsini (Qərbi Zəngəzur) dəmir yolu, neft, qaz və fiber optik xətləri və 27 millik (32 km) dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək”.

Başqa bir rəsmi bildirib ki, İlham Əliyev və Nikol Paşinyan bu gün Vaşinqtonda ilk dəfə ikitərəfli sənəd imzalayacaq: “Həmçinin, tərəflərin xarici işlər nazirlərinin mart ayında razılaşdıqlarını, amma o vaxtdan bəri yavaş irəliləyiş əldə etdiklərini dedikləri müqavilənin mətnini paraflamaları gözlənilir”.

Nəşr əlavə edib ki, ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığa qoyduğu məhdudiyyətləri də aradan qaldıracaq. Söhbət 1992-ci ildə qəbul edilmiş “907-ci düzəliş”in ləğvindən gedir:

“Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan Fransa, Rusiya və ABŞ-nin daxil olduğu ATƏT-in Minsk qrupundan da çıxacaq”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Azərbaycan və Ermənistan liderlərinin bu gün Vaşinqtonda sülh sazişi imzalayacaqlarını açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri