Politoloq: ABŞ Yaxın Şərqdə qüvvələr balansının dəyişməsinin qarşısını alır
Bizimyol.info xəbər verir ki, bu fikri Tehranda yerləşən Şərqin Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Omid Rəhimi deyib.
“Yaxın Şərqdə regional nizam dəyişir və ABŞ istər-istəməz bölgəyə nəzarəti itirir. Hələbdəki hadisələrə təkcə Suriyadakı vəziyyət prizmasından deyil, həm də ABŞ-ın Yaxın Şərqdə yeni regional nizamın formalaşması prosesini ləngitmək cəhdi kimi baxmaq lazımdır. Vaşinqton bunu nəyin bahasına olursa olsun, hətta ənənəvi müttəfiqləri hesabına da etməyə çalışır”, - deyə analitik qeyd edib.
Rəhimi əlavə olaraq: “Birləşmiş Ştatlar Suriyadakı vəziyyəti sabitsizləşdirməklə regiondakı siyasətinin uğursuzluqlarını gizlətməyə çalışır ki, bu da İran və Rusiya arasında strateji tərəfdaşlığın Suriya və Yaxın Şərqdən kənarda genişləndirilməsini tələb edir”, - deyə bildirib.
Qadir, Bizimyol.info